Modern.az

Türkiyə AŞPA-da Qarabağ üzrə komitənin işini bərpa etmək istəyir...

Türkiyə AŞPA-da Qarabağ üzrə komitənin işini bərpa etmək istəyir...

Təhsil

7 Yanvar 2011, 15:14

Ermənilər təlaşa düşüblər

“AŞPA-nın qış sessiyası zamanı erməni və azərbaycanlı deputatların görüşü istisna edilmir”. Modern.az xəbər verir ki, bu barədə “Panarmenian”-a açıqlamasında Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zoqrabyan deyib. Onun sözlərinə görə, Türkiyə özünün bu qurumda sədrliyindən istifadə edərək AŞPA çərçivəsində Dağlıq Qarabağ üzrə komitənin işini bərpa etmək istəyir.  Erməni deputatın fikirncə, azərbaycanlı və erməni deputatların bu görüşünün təşkili Qarabağ komitəsinin işini bərpa etmək cəhdidir.
“Bizim mövqeyimiz dəyişməzdir. Erməni tərəfi formatın dəyişməsinin əleyhinədir. Hesab edirik ki, Qarabağ məsələsi ilə bağlı Minsk qrupu məşğul olmalıdır”-deyə N.Zoqrabyan bildirib.

Qeyd edək ki, bizim mediada millət vəkili, AŞPA-da olan nümayəndə heyətinin üzvü Sabir Hacıyevə istinadən hər iki deputat qrupunun görüşəcəkləri ilə bağlı informasiya gedib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir