Modern.az

İlyas İsmayılov İlham Əliyevlə görüş üçün müraciət edib

İlyas İsmayılov İlham Əliyevlə görüş üçün müraciət edib

7 Yanvar 2011, 15:51

Milli Məclisin üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmək üçün müraciət edib. Bu barədə Modern.az-a açıqlamasında İlyas İsmayılov özü məlumat verib. Onun sözlərinə görə, İlham Əliyevlə görüşməkdə məqsədi Rusiyanın Çelyabinsk məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan edilən oğlu Etimad İsmayılovun məsələsiylə bağlıdır.

İ.İsmayılov saytımıza bildirib ki, onun oğlu Azərbaycan vətəndaşı olaraq Rusiyada qanunsuz həbs edilib və Prezident İlham Əliyevlə görüşməkdə məqsədi Etimad İsmayılovun azad olunmasına köməklik göstərməsini xahiş etmək imiş.
“Dəfələrlə görüş üçün müraciət elədim. Amma alınmadı...”.

Qeyd edək ki, İlyas İsmayılov bir müddət öncə Rusiya baş naziri Vladimir Putinə də eyni məsələylə bağlı açıq məktubla müraciət etmişdi. Amma Putindən də müraciətə cavab gəlməyib.

Etimad İsmayılov 2008-ci ildən həbsdədir. Rusiyanın Çelyabinsk şəhər Mərkəz Məhkəməsi E.İsmayılovu “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir