Modern.az

“Ayaz Mütəllibovun taleyinə yeni parlament aydınlıq gətirəcək”

“Ayaz Mütəllibovun taleyinə yeni parlament aydınlıq gətirəcək”

Ölkə

7 Yanvar 2011, 16:10

Prezident İlham Əliyev Luis Ayalooya “Eks-prezidentlər haqqında" qanunu gözləməyi məsləhət görüb

“Eks-prezident Ayaz Mütəllibovun Azərbaycana qayıtması ilə bağlı Azərbaycan Respublikasının dövlət başçısına etdiyi müracit cavabsız qalıb”.
Bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə Modern.az-a bildirib. Onun sözlərinə görə, iki il əvvəl Ayaz Mütəllibov müvafiq  müraciət göndərsə də, nəticəsi olmayıb.

“Odur ki, bizim mediaya bu mövzuda deyə biləcəyimiz hər hansı bir yeniliyimiz yoxdur”-deyə A.Əlizadə qeyd edib. ASDP həmsədri həmçinin bildirib ki, A.Mütəllibovun yenidən dövlət başçısına müraciət edib-etməyəcəyi özünün şəxsi qərarından asılı olan məsələdir.

ASDP həmsədri vurğulayıb ki, Sosialist İnternasionalının rəhbəri Luis Ayallo Bakıda olarkən prezident İlham Əliyevlə eks-prezident barədə müzakirə aparıb.

“Luis Ayalooya deyilib ki, yeni parlament seçkilərindən sonra Milli Məclis “Eks-prezidentlər haqqında” qanun qəbul edəcək və o zaman Ayaz Mütəllibovun taleyinə aydınlıq gətiriləcək”-deyə A.Əlizadə bildirib.

A.Əlizadə həmçinin bir sıra millət vəkillərinin Milli Məclisdə qəbul olunacağı gözlənilən “Eks-prezidentlər haqqında” qanunun A.Mütəllibova şamil edilməməsi barədə çağırışlarını pisləyib. Qeyd edək ki, deputat Fəzail Ağamalı bildirib ki, Ayaz Mütəllibov Azərbaycan SSRİ-nin prezidenti olduğundan ona bu qanun şamil edilə bilməz. Araz Əlizadənin sözlərinə görə, bu fikirlərin əsası yoxdur və A.Mütəllibov müstəqil Azərbayanın prezidenti vəzifəsində olub.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır