Modern.az

Milli Onkologiya Mərkəzinin baş direktor müavini və baş həkimi məlum oldu

Milli Onkologiya Mərkəzinin baş direktor müavini və baş həkimi məlum oldu

Ölkə

7 Yanvar 2011, 19:45

Yanvarın 7-də Səhiyyə Nazirliyində kadr məsələlərinə həsr olunmuş kollegiya iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini və baş həkimi vəzifəsinə təyin olunmuş şəxslərin adları açıqlanıb.

Milli Onkologiya Mərkəzinin baş direktorun müavini vəzifəsinə Quliyev Fuad Ədalət oğlu, baş həkimi vəzifəsinə isə Əbdürrəhimov Azad Ramiz oğlu təyin olunublar.

Quliyev Fuad Ədalət oğlu 2000-ci ildə İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsini bitirib. 2001- 2006-cı illərdə İstanbul Universitetinin Urologiya kafedrasında uzmanlıq üzrə təhsil almışdır. 2007-2008-ci illərdə isə Neftçilər Xəstəxanasının endoskopik cərrahiyyə və diaqnostika şöbəsində uroloq-cərrah vəzifəsində daha sonra isə urologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2009-cu ildən Milli Onkologiya Mərkəzinin Onkologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Avropa Urologiya Assosiasiyasının üzvüdür, Tibb elmləri namizədidir.

Əbdürrəhimov Azad Ramiz oğlu 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1984-cü ildən 1988-ci ilədək M.N.Qədirli adına Mərkəzi Hövzə Klinik Xəstəxanasında gəmi həkimi vəzifəsində, 1988-90-cı illərdə həkim-terapevt, baş həkimin ekspertiza üzrə müavini, Hövzə poliklinikası baş həkimi, baş həkimin tibbi işlər üzrə müavini vəzifəsində işləmişdir. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Xəzər Gəmiçiliyində tibbi işlər üzrə şöbənin rəisi vəzifəsində və Mərkəzi Dənizçilər Xəstəxanasının icraçı direktor vəzifəsində çalışmışdır. 2009-cu ildən Milli Onkologiya Mərkəzində baş həkimin müavini vəzifəsini icra edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda digər məsələlərdə müzakirə olunub.

Qeyd edək ki, Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!