Modern.az

“Bakını ayağa qaldıran ayı balası bir məmurun evindən qaçıb”

“Bakını ayağa qaldıran ayı balası bir məmurun evindən qaçıb”

Reportaj

30 Aprel 2016, 14:35

Dünən “Baku bus” avtobuslarının saxlanıldığı yerin yaxınlağında tapılmış ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.

Modern.az-ın məlumatına görə,bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, ayı balası  Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.
Nazirlik rəsmisi deyib ki, ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə, yəni meşəyə buraxılacaq.

Maraqlıdır, bəs dünən bütün Bakıya səs-küy salan, paytaxtı ayağa qaldıran, sosial şəbəkələrdə, mətbuatda müzakirə obyektinə çevrilən bu ayı balası birdən-birə hardan peyda oldu?

Axı Bakı Zooparkının direktoru Azər Hüseynov da Modern.az-a bildirib ki, ayı balası onların deyil: “Həmin ayı balası Zooparka məxsus deyil, hardan peyda olub, biz də bilmirik”.

Əgər ayı balası Zooparkdan qaçmayıbsa, onda kimindir?.. Bakıda  heyvan saxlamağa həvəsli olan imkanlı ailələr, məmurlar çoxdur. Ola bilsin şəhərə qaçan ayı balası hansısa şəxsi malikanədən çıxıb...

Elə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də belə düşünür.

Məsələ ilə bağlı Modern.az-a danışan Hafiz Hazıyev deyib ki, hazırda bəzi məmur-oliqarxların Bakıdakı malikanələrində nəinki ayı və ayı balası, hətta şir və fil də saxlanılır.

“Necə olur ki, Ziya Məmmədovun oğlu ayı kəsdirib, bir tikə kabab yemək üçün 2.5 milyon manat xərcləyir? Bunlar hamısı indiki məmur balalarının əyləncə üçün yaratdığı oyunlardır.

O ayını, onun balasını Azərbaycan xalqının pulu hesabına bəzi məmurlar saxlayır. Bu gün məmurların hansının bağına baxsaq, orada ən bahalı heyvanlar olduğunu görərik. Hətta xaricdən gətirib saxladıqları 17-18 yaşlı qızlar da var ki, onları da ayıyla bərabər səhərdən axşama kimi oynadırlar. Bəziləri o qədər sırtıqlaşıblar ki, daha söz də təsir etmir.

Yəqin bu ayını hansısa harınlamış məmurun uşaqları bağlarında oynadırmış, o da oradan qaçıb. Bu, bizim kimi kasıbların, təqaüdcülərin işi deyil. Bu məmurların evlərində ayı da var, ayınıın balası da, şir də, şirin balası da...”.

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir