Modern.az

Bakı şəhəri Vergilər Departamentinə yeni rəis təyin edildi

Bakı şəhəri Vergilər Departamentinə yeni rəis təyin edildi

7 Yanvar 2011, 20:38

Vergilər naziri Fazil Məmmədov kadr məsələlərilə bağlı bir neçə əmr imzalayıb. Modern.az nazirliyin mətbiat xidmətinə istinadla xəbər verir ki, nazirin müvafiq əmri ilə Bakı şəhəri Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli vergi xidməti müşaviri Taryel Quliyev vəzifəsindən azad olunaraq Nazirliyin Daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Nazirliyin Daxili təhlükəsizlik baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Alimpaşa Məmmədov Bakı şəhəri Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Bakı şəhəri Vergilər Departamenti xidmət etdiyi vergi ödəyicilərinin sayına görə Vergilər Nazirliyinin ən iri strukturudur. Departament eyni zamanda kommersiya-hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir. Bakı şəhəri Vergilər Departamentinin üç müstəqil idarəsi fəaliyyət göstərir. Bunlar Bəyannamələrin qəbulu və işlənməsi, vergi borclarının məcburi alınması və vergi ödəyicilərinə xidmət idarələridir.
2011-ci ildə Bakı şəhəri Vergilər Departamentində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 865 mln. manat məbləğində vergilərin ödənilməsi nəzərdə tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi