Modern.az

Ölkədə benzinin qiymətilə bağlı narahatlıq yaranıb

Ölkədə benzinin qiymətilə bağlı narahatlıq yaranıb

Təhsil

8 Yanvar 2011, 14:37

Azərbaycanda benzinin qiymətinin artxması ilə bağlı ajiotaj yaranıb. ANS-in məlumatına görə, Bakıda, eləcə də ölkənin bölgələrində yanacaqdoldurmə məntəqələrində uzun növbələr yaranıb. Benzinin qiymətinin artacağından ehtiyat edən avtomobil sahibləri benzin doldurmaq üçün növbələrdə dayanıblar. Əhali arasında gəzən şayiələrə görə, benzinin qiyməti 1 manatadək artırılacaq.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, benzinin qiymətinin qalxması barədə şayiələrin heç bir əsası yoxdur: “Tarif Şurasının gündəliyində yanacağın qiymətinin dəyişdirilməsi ilə bağlı məsələ dayanmır”.

Dövlət Neft Şirkəti də benzinin qiymətinin artırılması barədə məlumatları təkzib edib. Tarif Şurasından da bu barədə məlumatların əsasının olmadığı bildirilib. Şuranın katibi Elşən Əsədov deyib ki, benzinin qiymətinin artırılması məsələsi qurumda müzakirə olunmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir