Modern.az

Dünya şöhrətli “Şeraton” Bakıda da hotel açacaq

Dünya şöhrətli “Şeraton” Bakıda da hotel açacaq

Ölkə

8 Yanvar 2011, 16:03

“Şeraton” Kurort və Hotellər  Şəbəkəsi 2011-ci ildə Bakıda da hotel açmağı planlaşdırır. Adıçəkilən şəbəkənin Gürcüstan üzrə marketinq direktoru Tamuna Guledani Modern.az-ın əməkdaşına deyib ki, bu istiqamaətdə danışıqlar gedir.

Hotel nümayəndəsi onu da bildirib ki, belə bir proyektin Ermənistanda həyata keçirilməsi gözlənilmir: “Çünki bu ölkənin həm zəif iqtisadi durumu, həm də sərhədlərinin Türkiyə və Azərbaycana bağlı olması gələcəkdə orada hər hansı bir perspektivin olmasına zəmin yaratmır. Üstəlik Ermənistana turistlərin gediş-gəlişi də azdır”. 

Qeyd edək ki, “Şeraton” Kurort və Hotellər Şəbəkəsinin dünyanın 75 ölkəsində 400-dən artıq mehmanxanası var. 2010-cu ilin may ayında Qara dəniz sahillərində yerləşən Batumi şəhərində yeni bir hotelin açılışı ilə isə Gürcüstanda ikinci “Şeraton” hotelinin fəaliyyətinə start verilib. 

Ülviyyə Quliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı