Modern.az

Azərbaycanda bir sıra şəhərlərin hava limanları yenidən qurulacaq

Azərbaycanda bir sıra şəhərlərin hava limanları yenidən qurulacaq

26 Oktyabr 2009, 16:41

Növbəti illərdə Azərbaycanda mülki aviasiyanın inkişafı istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçiriləcək.
Nəqliyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın mülki aviasiyasının inkişaf strategiyasının əsasını uçuşların təhlükəsizliyinin təmin edilməsi, Beynəlxalq Mülki Aviasiyanın normativ sənədlərinə uyğun olaraq sərnişlərə yüksək səviyyəli xidmətin göstərilməsi, ekoloji tələblərə, müasir standartlara cavab verən uçuş vasitələrinin tətbiqi və hava limanlarının yenidənqurulması təşkil edir.
Mülki aviasiya donanmasının yeniləşməsi və modernləşməsi məqsədilə yaxın gələcəkdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan "Aerobus", "Boeinq", ATR tipli təyyarələrin alınması nəzərdə tutulur.
Modern.az-a verilən məlumata görə, gələcək illərdə Lənkəran, Zaqatala, Şəki, Yevlax, Naftalan, Gəncə hava limanlarının, eləcə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "Boeinq-747", " "Boeinq-787", A-380 təyyarələrini qəbul etmək üçün uçuş-enmə zolağının yenidənqurulması layihəsi gerçəkləşdiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?