Modern.az

Azərbaycanlı futbolçunu alan ingilislərin qanı qaralıb

Azərbaycanlı futbolçunu alan ingilislərin qanı qaralıb

Təhsil

8 Yanvar 2011, 17:49

İngiltərənin "Everton" klubu Azərbaycan milli komandasının və "Neftçi"nin futbolçusu Araz Abdullayevin keçidi ilə bağlı danışıqların yekunu barədə açıqlama yayıb. "Everton"un rəsmi saytında yerləşdirilən açıqlamada 18 yaşlı yarımmüdafiəçinin "Qudison Park"a mövsümün sonunadək yalnız məşq üçün yollana biləcəyi əksini tapıb.

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Abdullayevin fevralın sonlarınadək "Everton"un düşərgəsinə gedəcəyini bildirsə də, qarşı tərəf azərbaycanlı futbolçunun cari mövsümün sonunadək Liverpul şəhərində olacağını bəyan edib. Gənc oyunçu "Everton"un düşərgəsində aşağı yaşlılar üçün nəzərdə tutulan "Finch Farm" proqramı üzrə hazırlıq keçəcək. Lakin o, işçi vizası alanadək komandaya daimi qoşula bilməyəcək.

Açıqlamada o da bildirilir ki, "Everton" rəsmiləri Araz Abdullayevin inkişafının gedişini yoxlamaq üçün bu həftə Azərbaycanda olarkən futbolçunun zədəli olduğu müəyyənləşib. Sonuncu fakt ingilislərin qanını qaraldıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?