Modern.az

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya cinayət işi açılıb

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya cinayət işi açılıb

Təhsil

8 Yanvar 2011, 17:55

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı barəsində cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün DİN-in 102 xidmətinə zəng edən bir nəfər vətəndaş Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun adlı şəxslər tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib.

Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının apardığı araşdırma nəticəsində müraciət edən şəxsin kimliyi müəyyənləşdirilib və ona qarşı qeyd olunan hərəkətləri etməkdə şübhəli bilinən Nemət Pənahlı, Ceyhun adlı şəxs və şikayətçi 21-ci polis bölməsinə dəvət edilib.

Polis bölməsində şikayətçi bildirib ki, hər iki şəxs M.Qaşqay küçəsində əvvəlcə onu təhqir ediblər, sonra isə dəmir dəyənək və yumruqlarla xəsarət yetiriblər. İlkin təhqiqat nəticəsində müəyyənləşdirilib ki, şikayətçi ilə digər şəxslər əvvəlcədən tanışdırlar. Hadisə ilə bağlı ekspertiza təyin olunub və Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi cinayət işi başlanılıb.

DİN mətbuat xidmətindən o da qeyd olunub ki, cinayət işi üzrə digər hərəkətlərin aparılması ekspertizanın nəticəsindən, yəni xəsarətin ağır və yüngüllüyündən asılı olacaq.

Məsələyə aydınlıq gətirmək üçün AMDP sədri ilə əlaqə saxlamaq cəhdləri nəticə verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?