Modern.az

Milli Məclis 6 mayda 16 məsələyə baxacaq - SİYAHI

Milli Məclis 6 mayda 16 məsələyə baxacaq - SİYAHI

2 May 2016, 16:01

Milli Məclisin növbəti iclası mayın 6-da keçiriləcək. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxildir.

“Ali Məhkəmə hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin hakiminin təyin edilməsi məsələləri iclasın gündəliyinə daxil edilib.

Eyni zamanda bir neçə hökumətlərarası sazişlərin təsdiq edilməsi də gündəlikdə nəzərdə tutulub. Bunlar "Azərbaycanla Türkiyə arasında texniki əməkdaşlıq haqqında" Protokolun təsdiq edilməsi, hər iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişin təsdiq edilməsi, Azərbaycanla Rumıniya arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Sazişin təsdiq edilməsi və başqalarıdır. 

Bundan əlavə bir sıra qanunlara əlavə və dəyişiklər də iclasın gündəliyinə salınıb.

Miqrasiya Məcəlləsi, Vergi Məcəlləsi, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Sosial Sığorta haqqında” Qanuna, “Gömrük tarifi haqqında” Qanuna, “Banklar haqqında” Qanuna da dəyişiklər nəzərdə tutulub”.

A.Təvəkküloğlunun sözlərinə görə, mayın 6-da keçiriləcək iclasda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqılbnda” qanun layihəsi ikinci oxunuşa çıxarılacaq.




Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu