Modern.az

İslam Partiyasının sədri terror hazırlamaqda ittiham olunur

İslam Partiyasının sədri terror hazırlamaqda ittiham olunur

Ölkə

8 Yanvar 2011, 18:37

Mövsüm Səmədovun əmisi oğluna iğtişaşlar törətmək, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı DİN-ə məlumat daxil olub

 

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsi ilə bağlı məlumat yayıb. «Rəsmi dövlət qeydiyyatı olmayan AİP-nin sədri Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı nazirliyə məlumat daxil olub. Bunun əsasında yanvarın 8-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib»- deyə DİN-in məlumatında bildirilib. Nazirliyin məlumatına görə, Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıblar. DİN faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıldığını, araşdırmalar aparıldığını bəyan edib. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?