Modern.az

”Yeni Ulduz-2" müsabiqəsinin qalibi Rəcəb Musayev yol qəzasında ölüb

”Yeni Ulduz-2" müsabiqəsinin qalibi Rəcəb Musayev yol qəzasında ölüb

9 Yanvar 2011, 18:34

”Yeni Ulduz-2" mahnı müsabiqəsinin qalibi Rəcəb Musayev avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Hadisə yanvarın 8-də axşam saatlarında Sabunçu rayonu ərazisində baş verib. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, R.Musayev idarə etdiyi “Mercedes” markalı avtomobilini aşırıb. Qəzadan sonra onu 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırsalar da, yolda dünyasını dəyişib. Modern.az-ın məlumatına görə, Rəcəb Musayev 25 may 1975-ci ildə Bakı şəhərində doğulub. 1992-ci ildə Bakıdakı 88 № li orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?