Modern.az

11 millət vəkilimiz 3 ölkənin deputatları ilə yarışacaq - EKSKLÜZİV

11 millət vəkilimiz 3 ölkənin deputatları ilə yarışacaq - EKSKLÜZİV

Parlament

2 May 2016, 19:15

Mayın 6-9-da Türkiyənin Antalya şəhərində 4 ölkənin parlamentləri arasında futbol matçı keçiriləcək. Bu barədə Modern.az saytına Milli Məclisin Gənclər və idman komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan, Türkiyə, Polşa, Ukrayna parlamentlərinin futbol komandaları yarışacaqlar.

Azərbaycan Milli Məclisini təmsil edəcək 11 nəfərdən ibarət komandanın kapitanı da bəllidir. 

Qeyd olunub ki, parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov komandaya rəhbərlik edəcək.

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır