Modern.az

Nemət Pənahlı həbs olundu

Nemət Pənahlı həbs olundu

Təhsil

9 Yanvar 2011, 18:59

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbs olunub və hazırda onu Bakının Nəsimi Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlayırlar. Bu barədə “Azadlıq” radiosuna Nemət Pənahlının vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, Nemət Pənahlı şübhəli şəxs qismində istintaqa cəlb olunub və şübhəli şəxs qismində polisdə saxlanması barədə protokol tərtib edilib. Elçin Sadıqov deyib ki, Nemət Pənahlının barəsində həbs-qəti imkan tədbirinin seçilib-seçilməməsi yanvarın 10-da nəzərdə tutulan məhkəmədə məlum olacaq. Daxili İşlər Nazirliyinin məlumatına görə, Nemət Pənahlı barədə cinayət işi açılıb. O, Eldar Rzayev adlı bir şəxsi döyməkdə günahlandırılır. Eldar Rzayev Nəsimi polisinə şikayət edərək bildirib ki, Nemət Pənahlı və Ceyhun adlı bir şəxs əvvəlcə onu təhqir ediblər, sonra isə dəmir dəyənək və yumruqlarla xəsarət yetiriblər. Nemət Pənahlı isə “Azadlıq” radiosuna deyib ki, bu saxta ittihamdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir