Modern.az

Erməni arvadlarını Xankəndindən İrəvana aparan mikroavtobus Laçında dərəyə aşıb

Erməni arvadlarını Xankəndindən İrəvana aparan mikroavtobus Laçında dərəyə aşıb

Təhsil

9 Yanvar 2011, 23:18

İçərisində əksəriyyəti erməni arvadlarının olduğu sərnişin mikroavtobusu Azərbaycanın işğal altındakı bölgəsindən keçməklə İrəvana gedərkən Laçın rayonu ərazisində dərəyə yuvarlanıb. Modern.az xəbər verir ki, bu barədə “Armenia today” agentliyi məlumat yayıb. Məlumata görə, erməniləri aparan «Ford Tranzit» markalı mikroavtobus Xankəndindən İrəvana doğru hərəkət edirmiş. Məlumata görə, erməni sərnişinlərlə dolu olan nəqliyyat vasitəsi Xankəndi-Laçın şossesinin 47-ci kilometrliyində dərəyə aşıb. Sükan arxasında irəvanlı sürücü Ladik Avakyan olub.

Qəza nəticəsində qadın sərnişinlər - 47 yaşlı Armina Mkoyan, 40 yaşlı Varduy Mkoyan, 43 yaşlı Narina Abramyan, 51 yaşlı Narina Sazyan, 50 yaşlı Yeqişa Qondikyan, 23 yaşlı Arpina Manukyan, 45 yaşlı Anna Avdalyan və kişi sərnişinlər - 49 yaşlı Pavlik Manukyan, 45 yaşlı Radik Mkoyan, 47 yaşlı Tiqran Poqosyan müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar. Dərəyə aşan mikravtobusdakı digər sərnişinlər yüngül xəsarətlə canlarını qurtarıblar və heç kim ölməyib. Dərəyə yuvarlananları oradan Laçın rayonundakı növbətçi hissənin milis əməkdaşları çıxarıblar. Mikroavtobusun yaralı sürücüsü və xəsarət alan sərnişinlər əvvəlcə Laçın rayon mərkəzindəki xəstəxanaya yerləşdiriliblər, daha sonra onlardan 5 nəfərini Ermənistanın Gorus şəhərindəki xəstəxanaya köçürüblər.

“Armenia today”ın məlumatına görə, hadisənin səbəbləri Şuşadakı erməni milis idarəsi tərəfindən araşdırılır.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!