Modern.az

“Yeni Azərbaycan” qəzetinin baş redaktorunu silahla hədələyən şəxs tutuldu

“Yeni Azərbaycan” qəzetinin baş redaktorunu silahla hədələyən şəxs tutuldu

Təhsil

26 Oktyabr 2009, 17:10

Oktyabrın 25-də saat 12.10 radələrində Nəsimi rayonundakı D.Əliyeva küçəsində, həmin küçədə yaşayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov “Toyota” markalı avtomaşınını idarə edərkən “Mercedes” markalı avtomaşının sürücüsü ilə aralarında münaqişə baş verib. Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, münaqişə zamanı həmin sürücü avtomaşının yük yerindən avtomat silahı çıxararaq H.Məmmədovu hədələyib və hadisə yerindən gedib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  hadisəni törətmiş M.Ə.Rəsulzadə qəsəbə sakini Ənvər Sadıqov tutulub. Onun M.Fətəli küçəsi ev 152-də kirayədə götürdüyü mənzilə baxış zamanı 1 ədəd “AK” silahı, 29 ədəd avtomat gülləsi və 1 ədəd güllə darağı aşkar edilərək götürülüb. Araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır