Modern.az

Pıçıltı

Pıçıltı

4 May 2016, 15:54

Əməkdar jurnalist

Bir külək ki,
Necə gəldi əsəcək,
Xəncər kimi,
Üzü-gözü kəsəcək
Heç əsməsin o külək.

          ***

Bir bahar ki,
Tumurcuqsuz olacaq,
Gül-çiçəkdən,
Qanqalı bol olacaq,
Heç gəlməsin o bahar.

          ***

Qışda qar ki,
Bərəkət yox bəlasa,
Çaylar donub,
Ellər susuz qalarsa,
Heç gəlməsin o qışı.

         ***

Bir payız ki,
Toysuz-düyünsüzdüsə
Bərəkəti
Qeybə çəkilibdisə
Heç gəlməsin o payız.

          ***

Bir yayın ki,
Gündən çoxdu buludu
Buz bulaqlar
Axmaz oldu, qurudu
İstəmirəm o yayı.

         ***

Bir ağac ki,
Kökü yerdə olmasa,
Bar – bəhrəsi,
Bol meyvəsi olmasa
Heç olmasın o ağac.

        ***

Bir ürək ki,
Sevgi ilə vurmasa,
Məhəbbətdən
Bir yuvacıq qurmasa
Nəyə lazım o ürək.

        ***

Bir insan ki,
Haqqa meydan oxuyur,
Çəpərini
Nadanlıqdan toxuyur,
Nəyə lazım o insan.

          ***

Bir tale ki,
Gətirməsə, gəlməsə
Arzulara, istəklərə yetməsə
Yazılmasın o tale.

          ***

Bir dünya ki,
İşıqdan çox zülmətsə,
İnsanların
Üzü-gözü gülməzsə,
Heç olmasın o dünya!
Heç olmasın o dünya!

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı