Yanvarın 11-də Azərbaycan Dillər Universitetində (ADU) 10 yanvar dünya hindistanlıları gününə həsr olunmuş tədbir keçiriləcəkr. Universitetin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou da iştirak edəcək. Səfir ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşündən sonra ADU-nun İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin təşkil etdiyi Hind mədəniyyətinə həsr olunmuş tədbirə qatılacaq. Qısa film nümayişindən sonra ADU-nun tələbələrinin ifasında Hind dilində mahnılar səslənəcək, rəqslər ifa olunacaq.
Sonda tədbir iştirakçıları hind mətbəxi ilə tanış olmaq imkanı da qazanacaqlar.