Modern.az

ADU-da hind mətbəxi açılacaq, tələbələr hind mahnıları oxuyacaqlar

ADU-da hind mətbəxi açılacaq, tələbələr hind mahnıları oxuyacaqlar

Mədəni̇yyət

10 Yanvar 2011, 12:47

Yanvarın 11-də Azərbaycan Dillər Universitetində (ADU) 10 yanvar dünya hindistanlıları gününə həsr olunmuş tədbir keçiriləcəkr. Universitetin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou da iştirak edəcək. Səfir ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşündən sonra ADU-nun  İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin təşkil etdiyi Hind mədəniyyətinə həsr olunmuş tədbirə qatılacaq. Qısa film nümayişindən sonra ADU-nun tələbələrinin ifasında Hind dilində  mahnılar səslənəcək,  rəqslər ifa olunacaq.

Sonda tədbir iştirakçıları hind mətbəxi ilə tanış olmaq imkanı da qazanacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır