Modern.az

Milli Məclis mayda işini yekunlaşdırır, növbədənkənar sessiya gözlənilir...

Milli Məclis mayda işini yekunlaşdırır, növbədənkənar sessiya gözlənilir...

5 May 2016, 11:34

Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Modern.az saytı xəbər verir ki, builki yaz sessiyası dövründə Milli Məclisin 9 plenar iclası keçirilib. Növbəti plenar iclas may ayının 6-da keçiriləcək.

Daxili Nizamnaməyə uyğun olaraq, may ayında Milli Məclisin yaz sessiyası başa çatır və deputatlar iyul ayının 15-dən avqustun 30-dək tətilə buraxılırlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. 

Lakin praktikaya əsasən, Milli Məclis hər il Nizamnaməyə uyğun olaraq may ayında işini bitirsə də, iyun ayında növbədənkənar sessiya çağrılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Gözlənilir ki, bu il də iyun ayında Milli Məclisin növbədənkənar sessiyası çağrılsın.

Aytən ZƏHRA

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...