Modern.az

“Yafəs Türksəs Azərbaycan poeziyasının Hafiz Hacıyevidir”

“Yafəs Türksəs Azərbaycan poeziyasının Hafiz Hacıyevidir”

5 May 2016, 18:35

Bunu Modern.az-a gənc yazar Tağı Türk tanınmış şair Yafəs Türksəsin rayonların adları əsasında əhaliyə qiymət verməsinə münasibət bildirərkən deyib.

Tağı Türk bildirib ki, Yafəs Türksəs müsahibədə yaşına uyğun gəlməyən ifadələr işlədib: “Onun müsahibəsi çox maraqlı olsa da, insanda elə təsəvvür yaranır ki, Yafəs Türksəs Azərbaycan poeziyasının Hafiz Hacıyevidir. O, yaşına yaraşmayan ifadələr işlətməklə özünü bir daha qeyri-ciddi insan kimi təqdim etdi. Onun rayonların adları əsasında əhaliyə qiymət verməsi isə tamamilə yersizdir”.

Qeyd edək ki, şair Yafəs Türksəs aznews.az-a veridiyi müsahibədə bəzi rayon adlarını çəkərək təhqiramiz ifadələr səsləndirib: “Faiz etibarı ilə hər yerin yaxşısı da var, pisi də. Məsələn, Laçın, Qubadlı, cəbrayıllılar mərd adam olurlar, kəlbəcərlilər, zəngilanlılar isə “atanşik” olurlar. Təbii ki, bunu rayon camaatının hamısına aid etmirəm, faiz etibarilə danışıram. Füzulilərdə yaltaqlıq, saxtakarlıq cəbrayıllılara nisbətən daha çoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi