Modern.az

Məşhur terror təşkilatı silahı yerə qoydu

Məşhur terror təşkilatı silahı yerə qoydu

Dünya

10 Yanvar 2011, 17:08

Dünyada qanlı imici ilə tanınan bask separatçılarının terrorçu təşkilatı olan ETA İspaniya hakimiyyətinə qarşı silahlı mübarizəni dayandırdığını elan edib. Bu barədə “El Mundo” qəzeti məlumat verib. Üç dildə-ingilis, ispan, bask dillərində olan bəyanatda ETA bildirir ki, bundan sonra siyasi arenada sivil qaydada mübarizəsini davam etdirmək niyyətindədir. Qurum basklar üçün müstəqilliyi demokratik yolla əldə edəcəyini bəyan edib.

 

Sol təmayüllü qrup olan ETA 1959-cu ildə yaradılıb. Terrorçu təşkilatın məqsədi müstəqil bask dövlətinin qurulması olub. Bu dövlətə baskların yaşadığı İspaniyanın şimalı, Fransanın cənubu daxil olmalı idi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi