Modern.az

“Bütün Qafqazda ən ali rütbəyə malik yeganə şəxsəm”

“Bütün Qafqazda ən ali rütbəyə malik yeganə şəxsəm”

6 May 2016, 10:18

1993-95-ci illərdə Azərbaycanın Baş prokuroru olmuş Əli Ömərov Modern.az saytının suallarını cavablandırıb. O, daşıdığı ali rütbədən danışıb.

-Əli müəllim, bildiyimizə görə, siz Azərbaycan Prokurorluq orqanlarında ən yüksək rütbə hesab olunan həqiqi ədliyyə müşaviri (ədliyyə ordu generalı) almış yeganə şəxssiniz. Bu həqiqətənmi belədir?

-Bəli, mən 9 noyabr 1993-cü ildən etibarən Azərbaycan və bütün Qafqazın prokurorluq orqanlarında ən ali rütbə sayılan həqiqi dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinə malik yeganə şəxsəm. Bu rütbənin verilməsi vəzifəyə uyğun olaraq ölkə başçısının təqdimatı əsasında Milli Məclis tərəfindən təsdiqlənir. Bu ali xüsusi rütbənin o zaman rəhmətlik Heydər Əliyev tərəfindən mənə verilməsi məsləhət olundu və Milli Məclis də təsdiq etdi.

-Hansı xidmətlərnizə görə bu ali xüsusi rütbə məhz sizə verildi?

- O zaman Xocalı soyqırımı ilə bağlı yaradılmış istintaq qrupunun məsul katibi mən idim. Faciə ilə bağlı məruzəni Milli Məclisə mən etdim və bu çıxışım Azərbaycan Dövlət Televiziyasında birbaşa efirə verilirdi. Ulu öndər Heydər Əliyev o zaman Naxçıvanda işləyərkən bunu izlədi və yüksək qiymətləndirdi.

-Bu rütbə yalnız Xocalı faciəsinin istintaqındakı fəaliyyətinzə görə verildi?

 -Xeyr, bundan sonra isə Azərbaycanın Baş prokuror kimi Heydər Əliyevlə sıx ünsiyyətdə idik və mənim məruzələrimə hər zaman diqqətlə qulaq asaraq bəyənirdi. Düşünürəm ki, Heydər Əliyev mənim prokurorluq orqanlarındakı ümumi fəaliyyətimi və xidmətimi nəzərə alaraq məni həmin ali xüsusi rütbəyə layiq gördü. Mən isə öz növbəmdə, mənə verilən bu yüksək qiymətə görə ona hər zaman minnətdar olmuşam və olacağam.

-Əli müəllim, sizdən sonra nəyə görə hələ də bu rütbə kiməsə verilmir?

- Həqiqi ədliyyə müşaviri rütbəsinin məndən sonrakılara niyə verilmədiyi barədə sualı cavablandıra bilmərəm. Çünki qeyd etdiyim kimi, bu məsələ ölkə başçısınım birbaşa səlahiyyətləri çərçivəsindədir. O da kimə məsləhət bilsə, bu barədə Milli Məclisə təqdimat verəcək.



Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!