Modern.az

Azərbaycanlı deputat imkan vermədi: Əlindən öpmək istəyən şagirdin alnından öpdü - FOTO

Azərbaycanlı deputat imkan vermədi: Əlindən öpmək istəyən şagirdin alnından öpdü - FOTO

6 May 2016, 10:30


Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin Türkiyənin Mərmərə Universitetində təqdim olunan “Türk Dövletleri Birligi: Kürüsel Enteqrasyonun Avrasiya Modeli” kitabı bu ölkədə böyük coşqu ilə qarşılanıb.

 Təqdimatdan sonra bir neçə ali və orta təhsil müəssisələri, elmi mərkəzlər Cavanşır Feyziyevi görüşə dəvət edib, kitabda yer alan məqamlarla bağlı müzakirələr açmasını, tələbələrin, şagirdlərin suallarına cavab verməsini xahiş ediblər.

Modern.az xəbər verir ki, İstanbuldakı Kalem Vakfi Okulları Kalem Kollecində belə bir müzakirə açılıb.

Kollecin direktoru Ömer Utkan azərbaycanlı deputata onları qırmadığı və dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib.

O, bu kitabın Türk dünyasının gələcək istiqamətlərinin müəyyənləşməsində bir günəş olduğunu önə çəkərək, rəhbərlik etdiyi kollecin müəllim və şagirdləri adından azərbaycanlı deputatı böyük və müqəddəs işə görə təbrik edib.

Direktor əlavə olaraq qeyd edib ki, nəşrlə tanışdır və Cavanşir Feyziyevin bu kitabı Türk dünyasında əbədi olaraq qalacaq, yararlanacaq ideyalar toplusudur. Türk gəncliyi mütləq bu ideyaları gerçəkləşdirəcək.

 Görüşdə Cavanşir Feyziyev dəvətə görə  Kalem Kollecinə dəvətə görə minnətdarlığını bildirib: “Mən burda coşqun bir gənclik görürəm. Bu gənclik mütləq və mütləq Türk dünyasını arzuladığımız bir səviyyəyə qaldıracaq.

Burada məktəbliləri görərkən özümün məktəb illərimi xatırladım.

Yaxşı yadımdadır, bizim bütün dərsliklər sovet ideologiyasını təbliğ edirdi və Türkiyə də o zamanın dili ilə desək, imperialist dövlətlər sırasında idi. Bir dəfə evdə valideynlərim məndən Türkiyə barədə hansı bilgiyə malik olduğumu soruşanda, heç çəkinmədən dünyada Amerikadan sonra ikinci imperialist dövlətin Türkiyə olduğunu dedim. Çünki bizim oxuduğumuz kitablarda belə yazılmışdı. Hiss etdim ki, cavabım valideynlərimin xoşuna gəlmədi. Ancaq biz o zaman elə bilirdik ki, kitablarda yazılanlar hec bir halda yanlış ola bilməz.

Həmin gecə evdə hamı yatandan sonra atam məni yanaına çağırdı. Bildirdi ki, Türkiyə bizim canbir dövlətimizdir. Kitaba çox da inanmayım. Açığı təsəvvür edə bilməyəcəyiniz dərəcədə təəccübləndim. Ancaq atamın mənə doğrunu dediyinə də heç şübhəm yox idi. Atam mənə onu da tapşırdı ki, bunu kimsəyə bildirməyim. Əks halda, bizi ciddi problemlər gözləyə bilərdi. Həbs, sürgün və s.

Sabahı dərsə getdim, tarix müəllimimiz Türkliyə barədə suallar verdi. Orta məktəb dövrü bütün dərslərimdən “əla” qiymət aldığım halda birinci dəfə idi ki, guya dərsə hazır deyiləm deyə, əlimi qaldırmadım.

Bu misalı niyə xatırladıram, biləsiniz ki, sovet dövründə bizə Türkiyə, türkçülük barədə müsbət fikirlər səsləndirmək yasaq idi”.

Deputat daha sonra Türk Dövlətləri Birliyini vacib edən məqamları şagirdlərin diqqətinə çatdırıb: “Yaşadığımız zaman qlobollaşma dövrüdür. İndi dünya az qala bir kənd kimdir. Burada Türk dünyasının yeri, türklərin təmsil olunma məsələsi bizi düşündürməlidir. Təsəvvür edin, hansısa bir bilim yarışında sizin kolleci başqa bir kollec təmsil edir. Buna razı olarsınızmı?

Əgər Türk Dövlətlər Birliyini qurmasaq, bizi də eynilə başqaları təmsil edəcəklər. Bu isə o deməkdir ki, bizi kimsə təmsil etməyəcək və tarixdən silinmək dilemması ilə üzləşəcəyik”.

Tarixə ekskurs edən Cavanşir Feyziyev qeyd edib ki, kitabda qarşıya qoyulan məsələlər heç kimə, heç bir dövlətə qarşı deyil. “Uzun əsrlər dünyaya rəhbərlik etmiş Türk xaqanları heç bir xalqın milli kimliyinə xələl gətirməyib. Bizim hədəfimiz sülh, birlik, əmin-amanlıqdır”.

 Bunun ardından şagirdlərl onaları maraqlandıran suallarla Cavanşır Feyziyevə müraciət ediblər. “Niyə öncə Türkiyə ilə Azərbaycan birlik yaratmır”, “Əcnəbilər bizim yaradacağımız birliyə imkan verəcəklərmi”, “Qarabağda vəziyyət necədir”, “Orta Asiya niyə bu məsələyə biganədir” və s. kimi sualları cavablandıran millət vəkili şagirdlərin bilik səviyyəsindən məmnun olduğunu diqqətə çatdırıb.

Görüşdə ən maraqlı məqam müzakirələrdən təsirlənən bir şagirdin “Hocam, sizi çox sevdim”, deyərək, Cavanşir Feyziyevin əlini öpmək istəməsi olub.

Buna imkan verəməyən azərbaycanlı deputat həmin şagirdin alnından öpüb.















Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər