Modern.az

“Elm haqqında” qanun layihəsi niyə müzakirəyə çıxarılmır?

“Elm haqqında” qanun layihəsi niyə müzakirəyə çıxarılmır?

Parlament

7 May 2016, 10:39

 

2009-cu ildə Milli Məclisdə “Təhsil haqqında” Qanun qəbul edildikdən sonra növbəti mərhələ kimi “Elm haqqında” qanun layihəsinin hazırlanacğı və tezliklə qəbul ediləcəyi gözlənilirdi. Lakin illərdir, “başı bəlalı” qanun layihəsinin qəbulu gecikdirilir. 2015-ci ildə Milli Məclisə növbəti parlament seçkilərindən sonra bir sıra komitələrin adları və sədrləri dəyişdi. Elm və təhsil komitəsinin isə sədri əvvəlki illərdə olduğu kimi Şəmsəddin Hacıyev deyil, İsa Həbibbəyli oldu.

Deputat İsa Həbibbəylinin isə ilk açıqlamalarından birində “Elm haqqında” qanun layihəsində xeyli düzəlişlərin edilməsinin vacibliyini qeyd edərək, parlamentin payız sessiyasının gündəliyindən layihənin çıxarıldığını deyib. 

Qanun layihəsi yeni düzəlişlərlə yenidən komitədə müzakirəyə çıxardıldı. Xeyli dəyişikliklər edilən “başı bəlalı” qanun layihəsi yaz sessiyası üçün tam hazır vəziyyətə gətirilmişdi.

 Hətta fevralın 23-də keçirilən plenar iclasın gündəliyinə salınmışdı. Amma neftin qiymətinin aşağı düşməsi nəticəsində 2016-cı il üçün təsdiqlənmiş dövlət büdcəsinə yenidən baxılması qanun layihəsinin iclasın gündəliyindən çıxarılması ilə nəticələndi. O gün, bu gün “Elm haqqında” qanun layihəsinin nə zaman ikinci oxunuşa çıxarılacağı barədə məlumat verilmir.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisin prosedurlarına uyğun olaraq müvafiq qurumların ekspertizasından keçmək üçün qanun layihəsi təqdim olunub.

“Nəzərdə tutulan qurumlarla iş aparmışıq. “Elm haqqında” qanun layihəsini rəyləndirmək üçün göndərilən qurumlar müəyyən təkliflər, qeydlər veriblər.

Onların üəzrində iş aprmışıq. Fikrimcə “Elm haqqında” qanun layihəsi yeni redaksiyada, bütün düəzlişlərdən sonra plenar iclasa təqdim etmək üçün hazırlanmaq üzrədir”

. Onun sözlərinə görə, “Elm haqqında” qanun layihəsinin uyğun qurumların ekspertizasından keçməyi müəyyən vaxt apardı. “Fikrimcə, qanun layihəsinin növbəti iclasların birinə çıxarılması üçün problem yoxdur. Biz təqdim etmişik, güman edirəm ki, növbəti iclasların birində gündəliyə salınacaq”.

Milli Məclisin yaz sessiyasının bitməsinə isə iki iclas qalıb. Parlamentin mayın 17 və 31-də növbəti plenar iclasları keçiriləcək. Bununla da Milli Məclis tətilə buraxılacaq.

Görünən odur ki, “Elm haqqında” qanun layihəsi ya hər il iyulda keçirilən növbədənkənar iclasların vaxtına, ya da payız sessiyasına qaldı.

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür