Modern.az

Azərbaycanlı deputatın kitabı Türkiyədə rezonans yaratdı - FOTOLAR

Azərbaycanlı deputatın kitabı Türkiyədə rezonans yaratdı - FOTOLAR

Parlament

7 May 2016, 13:58

BMT dünyanı idarə edə bilmir

 

Mayın 3-də istanbulda “Türk Dünyasının Geleceği” adlı elmi-praktik konfransda Azərbaycanlı millət vəkili, Fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk Devletleri Birligi: Küresel Enteqrasyonun Avrasiya Modeli” (Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli) kitabı müzakiyə çıxarıldı.

Türkiyənin Mərmərə Universitetində keçirilən təqdimat toplantısına Azərbaycan Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, Türk dünyasının tanınmış şəxsləri, professorlar, müəllim, dövlət adamları və iş adamları, tələbələr qatılıb.

Tədbiri giriş sözü ilə açan Universitetin Ədəbiyyat fakültəsinin dekanı, professor, Türkiyə çapında tanınmış isim Erhan Afyoncu "Türk dünyasının müstəqillik əldə etməsindən 25 illik bir zaman ötür, amma problemlərlə bağlı elə də irəliləyiş olmayıb. Arzularımızla reallıq uyğun gəlmir, türk ziyalıları bunun həlli üçün çalışmalıdırlar", - deyib.

Xanım dekan müzakirəyə çıxarılan kitabın böyük əhəmiyyətə malik olduğunu önə çəkərək irəli sürdüyü ideyalardan dolayı Cavanşir Feyziyevə təşəkkürünü bildirib.

Qeyd edib ki, bu ideyalar və irəli sürülən məqamlar müəllifi bütün Türk dünyasında əbədi yaşadacaq.

Daha sonra millət vəkili Cavanşir Feyziyev, türkiyəli professorlar Okan Yeşilot, Ahmet Taşağıl, Ahat Andican söz alaraq Türk dünyasının problemləri və gələcəyi ilə bağlı məqamları müzakirə ediblər.

Türk dövlətləri nə üçün birləşməsin?


Təqdimatda çıxış edən millət vəkili Cavanşir Feyziyev qlobal inteqrasiyanın qaçılmaz olduğunu önə çəkərək Turanın birliyi ilə bağlı düşüncələrini dilə gətirib: "Dünya siyasi xəritəsində bir millətin 6 ayrı dövləti varsa, bu, bizim qarşımıza xüsusi öhdəlik qoyur. Yüz illər boyunca biri-biri ilə savaşan Avropa ölkələri bir araya gələ bilirsə, Türk dövlətləri nə üçün birləşməsin? Nə üçün onların birliyi olmasın?".

Feyziyev dünyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü tərəfindən idarə edilməsinin artıq mümkün olmadığını söyləyib: "Bu beş üzvün həll edə bilmədiyi problemlər G-7, G-8, G-20 kimi formullarla aradan qaldırılmağa çalışılır. Amma G-50 qurulsa belə, artıq dünya bu şəkildə idarə oluna bilməz. Hər bir millətin təmsilçisi dünya idarəsində söz sahibi olmalıdır. Avropada 28 ölkə bir araya gəlib Avropa Birliyini  yarada bilirsə, biz də öz millətimiz arasında belə bir birliyə nail olmalıyıq".

Tədbirin sonunda C.Feyziyev Mərmərə Universiteti adından diplomla təltif edilib.

Rektorla deputatın 1 saatlıq müzakirəsi…

İnsanların məsələyə çoşqulu münasibətini görən Mərmərə Universitetinin rektoru, professor Emin Arat deputat Cavanşir Feyziyevlə ikilikdə bir saatlıq müzakirə aparıb.

Kitabın yalnız Türkiyədə deyil, bütün türk dünyasında maraqla qarşılandığını və böyük maraq doğurduğunu qeyd edən rektor deyib ki, hər zaman belə məsələlərə dəstək olmağa hazırdır.

Cavanşır Feyziyev isə öz növbəsində universitetdə bu kitabın təqdimatına şərait yaratdığına görə rektora təşəkkür edib və  bildirib ki, 50-100 il sonra dünya çapında türk toplumunun yerini daha yüksəkdə, daha güclü görmək istəyir: “Ona görə də hesab edirik ki, Türkdilli Ölkələrin Birliyi çox vacibdir. Bunu həm də indiki dünyanın şərtləri labüd edir. Biz gələcəkdə türk toplumunu dünya səviyyəsində, beynəlxalq səviyyəsində özümüz təmsil etməliyik. Əks halda ciddi problemlərlə üzləşəcəyik. Məhz ərsəyə gətirdiyim kitab bu kimi məsələlərin çözüm yollarını göstərir. Doğrudur, bu, əziyyətsiz, ağrısız başa gəlməyəcək. Ancaq bütün dünya bilməlidir ki, hədəflədiyimiz qurum kimsəyə qarşı olmayacaq. Ona görə də ayrı-ayrı dövlətlərin, beynəlxalq qurumların bu məsələdən əndişə keçirməsinə gərək yoxdur”.

 Rektor deputatın bəhs etdiyi məsələnin önəmli olduğunu önə çəkərək, bu kimi məsələlərə hər zaman dəstək oalcaqlarınıtəkrar vurğulayıb.“Təbii ki, sizin dediyiniz kimi bu iş asan başa gəlməyəcək. Amma bir şeyi könüldən istədinsə, ona nail olacaqsan”.

 Müzakirələr zamanı Türkiyə və Azərbaycanda təhsil, tələbə mübaduləsi kimi məsələlərə də toxunulub. Sonda professor Emin Arat azərbaycanlı deputata universitetlə bağlı, Cavanşir Feyziyev isə rektora üzərində Canaqqala savaşını andıran suviner hədiyyə təqdim edib.

Mərmərə Universiteti Türkiyənin ən qədim və böyük universitetlərindən biridir. Hazırda universitetin 4 minə yaxın müəllimi, 78 mindən artıq tələbəsi var.

Şagirdlərlə görüş

 

Onu da nəzərə çatdıraq ki, təqdimatdan sonra Türkiyədə bir neçə ali və orta təhsil müəssisələri, elmi mərkəzlər Cavanşır Feyziyevi görüşə dəvət edib, kitabda yer alan məqamlarla bağlı müzakirələr açmasını, tələbələrin, şagirdlərin suallarına cavab verməsini xahiş ediblər.

Belə bir görüş İstanbuldakı Kalem Vakfi Okulları Kalem Kollecində belə bir müzakirə açılıb.

Kollecin direktoru Ömer Utkan azərbaycanlı deputata onları qırmadığı və dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib.

O, bu kitabın Türk dünyasının gələcək istiqamətlərinin müəyyənləşməsində bir günəş olduğunu önə çəkərək, rəhbərlik etdiyi kollecin müəllim və şagirdləri adından azərbaycanlı deputatı böyük və müqəddəs işə görə təbrik edib.

Direktor əlavə olaraq qeyd edib ki, nəşrlə tanışdır və Cavanşir Feyziyevin bu kitabı Türk dünyasında əbədi olaraq qalacaq, yararlanacaq ideyalar toplusudur. Türk gəncliyi mütləq bu ideyaları gerçəkləşdirəcək.

 Görüşdə Cavanşir Feyziyev dəvətə görə  Kalem Kollecinə dəvətə görə minnətdarlığını bildirib: “Mən burda coşqun bir gənclik görürəm. Bu gənclik mütləq və mütləq Türk dünyasını arzuladığımız bir səviyyəyə qaldıracaq.

Burada məktəbliləri görərkən özümün məktəb illərimi xatırladım.

Yaxşı yadımdadır, bizim bütün dərsliklər sovet ideologiyasını təbliğ edirdi və Türkiyə də o zamanın dili ilə desək, imperialist dövlətlər sırasında idi. Bir dəfə evdə valideynlərim məndən Türkiyə barədə hansı bilgiyə malik olduğumu soruşanda, heç çəkinmədən dünyada Amerikadan sonra ikinci imperialist dövlətin Türkiyə olduğunu dedim. Çünki bizim oxuduğumuz kitablarda belə yazılmışdı. Hiss etdim ki, cavabım valideynlərimin xoşuna gəlmədi. Ancaq biz o zaman elə bilirdik ki, kitablarda yazılanlar hec bir halda yanlış ola bilməz.

Həmin gecə evdə hamı yatandan sonra atam məni yanaına çağırdı. Bildirdi ki, Türkiyə bizim canbir dövlətimizdir. Kitaba çox da inanmayım. Açığı təsəvvür edə bilməyəcəyiniz dərəcədə təəccübləndim. Ancaq atamın mənə doğrunu dediyinə də heç şübhəm yox idi. Atam mənə onu da tapşırdı ki, bunu kimsəyə bildirməyim. Əks halda, bizi ciddi problemlər gözləyə bilərdi. Həbs, sürgün və s.

Sabahı dərsə getdim, tarix müəllimimiz Türkliyə barədə suallar verdi. Orta məktəb dövrü bütün dərslərimdən “əla” qiymət aldığım halda birinci dəfə idi ki, guya dərsə hazır deyiləm deyə, əlimi qaldırmadım.

Bu misalı niyə xatırladıram, biləsiniz ki, sovet dövründə bizə Türkiyə, türkçülük barədə müsbət fikirlər səsləndirmək yasaq idi”.

Cavanşir Feyziyev şagirdin onun əlini öpməsinə imkan vermədi, onun alnından öpdü 

 

Deputat daha sonra Türk Dövlətləri Birliyini vacib edən məqamları şagirdlərin diqqətinə çatdırıb: “Yaşadığımız zaman qlobollaşma dövrüdür. İndi dünya az qala bir kənd kimdir. Burada Türk dünyasının yeri, türklərin təmsil olunma məsələsi bizi düşündürməlidir. Təsəvvür edin, hansısa bir bilim yarışında sizin kolleci başqa bir kollec təmsil edir. Buna razı olarsınızmı?

Əgər Türk Dövlətlər Birliyini qurmasaq, bizi də eynilə başqaları təmsil edəcəklər. Bu isə o deməkdir ki, bizi kimsə təmsil etməyəcək və tarixdən silinmək dilemması ilə üzləşəcəyik”.

Tarixə ekskurs edən Cavanşir Feyziyev qeyd edib ki, kitabda qarşıya qoyulan məsələlər heç kimə, heç bir dövlətə qarşı deyil. “Uzun əsrlər dünyaya rəhbərlik etmiş Türk xaqanları heç bir xalqın milli kimliyinə xələl gətirməyib. Bizim hədəfimiz sülh, birlik, əmin-amanlıqdır”.

 Bunun ardından şagirdlərl onaları maraqlandıran suallarla Cavanşır Feyziyevə müraciət ediblər. “Niyə öncə Türkiyə ilə Azərbaycan birlik yaratmır”, “Əcnəbilər bizim yaradacağımız birliyə imkan verəcəklərmi”, “Qarabağda vəziyyət necədir”, “Orta Asiya niyə bu məsələyə biganədir” və s. kimi sualları cavablandıran millət vəkili şagirdlərin bilik səviyyəsindən məmnun olduğunu diqqətə çatdırıb.

Görüşdə ən maraqlı məqam müzakirələrdən təsirlənən bir şagirdin “Hocam, məni çox duyğulandırdınız, Sizi çox sevdim”, deyərək, Cavanşir Feyziyevin əlini öpmək istəməsi olub.

Buna imkan verəməyən azərbaycanlı deputat həmin şagirdin alnından öpüb.

Türkiyənin böyük 5 şəhərindən dəvət

Məlumat üçün bildirək ki, artıq Türkiyənin böyük şəhərlərindən, Ankara, İzmir, Adana, Bursa və Antalyadan Cavanşir Feyziyevə müraciət gəlib və kitabın həmin şəhərlərdə təqdimatına icazə verməsi xahiş edilib.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir