Modern.az

Televizora çox baxmağın ən ciddi təhlükəsi

Televizora çox baxmağın ən ciddi təhlükəsi

İqtisadiyyat

11 Yanvar 2011, 13:42

"Journal of the American College of Cardiology" jurnalının araşdırmasına görə, gündə 2 saatdan çox televizorun qarşısında oturmaq ürək xəstəliklərini və infakt riskini artırırmış.

Modern.az saytı xarici mətbuata istinadən bildirir ki, London Universitetindən Emmanuel Stamatakis və qrupunun araşdırmasında 4 min 512 şotlandiyalı iştirak edib. 4 il davam edən araşdırmada iştirak edənlərdən gündə neçə saat televizor və ya DVD-yə baxdıqları, işdən əlavə neçə saat komputer istifadə etdikləri və ya video oyun oynadıqları soruşulub. Bu müddətdə respondentlərin 325-i ürək xəstəliklərindən və infarktdan ölüb, 215-i isə infarkt keçirib.

Araşdrıma nəticəsində məlum olub ki, gündə 4 saatdan çox (işdən əlavə) ekran qarşısında oturanların ölüm riski, ekran qarşısında 2 saatdan az oturanlardan 48 faiz çoxdur. İnfarkt riskinin isə gündə 2 saatdan çox ekran qarşısında hərəkətsiz oturanlarda digərlərinə nisbətən 125 faiz çox olduğu ortaya çıxıb.

Emmanuel Stamatakis işdən gəldikdən sonra bir çox insanın saatlarca televizor qarşısında oturmaq vərdişlərinin olduğunu və bu vərdişlərin ürək və ümumi sağlamlıq üçün təhlükəli olduğunu, dövlətlərin bu mövzuda daha ciddi tədbirlər görməsi lazım olduğunu bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər