Modern.az

“QHT Məktəbi”nin payız təlimləri başlayıb

“QHT Məktəbi”nin payız təlimləri başlayıb

Qarabağ

26 Oktyabr 2009, 18:58

Gənclər üçün Təhsil Mərkəzinin “QHT Məktəbi” payız təlimləri silsiləsinə start verilib.  2002-ci ildən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən “QHT Məktəbi” təlimlərinin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir.

Qurumun mətbuat mərkəzindən Modern.az saytına verilən məlumata görə, bu günədək 700-dən çox insanın iştirak etdiyi “QHT Məktəbi” təlimlərində iştirak etmək niyyətində olanlar xüsusi müraciətlər əsasında seçilir və təlimlərə qatılırlar.

Təlimlər zamanı iştirakçılara QHT fəlsəfəsi və QHT nədir, QHT-nin yaradılması və qeydiyyatı, QHT idarətməsi və strukturun inkişafı, QHT-də ictimaiyyətlə əlaqələr (PR), QHT-də beynəlxalq əlaqələr və s. məsələlər tədris olunacaq.

Qeyd edək ki, “QHT Məktəbi”nin payız təlimləri 2 ay davam edəcək. Oktyabrın 26-da iki

qrupda başlayan ilk dərslərə ümumilikdə 50 nəfər iştirakçı seçilıb. İlk dərs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər doktoru Eldar Aslanov tərəfindən keçirilıb.

Payız təlimlərinin sonunda əvvəlki illərdən fərqli olaraq “QHT Məktəbi” iştirakçılarının əldə etdiyi biliklərin qiymətləndirilməsi sorğu vərəqələri vasitəsi ilə deyil, xüsusi imtahan prosesi ilə keçiriləcək. Bu prosesi müvəffəqiyyətlə başa vuranlara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu