Modern.az

Assanj son qərarını verdi: “WikiLeaks saytı bağlanacaq”

Assanj son qərarını verdi: “WikiLeaks saytı bağlanacaq”

Dünya

11 Yanvar 2011, 15:10

WikiLeaks saytı bağlanmaq təhlükəsi ilə üzləşib. Saytın yaradıcısı Culian Assanj İsveç qəzetinə müsahibəsində bildirib ki, WikiLeaks-in gündəlik xərcləri 600 min dollardır.
“Əgər situasiya dəyişməsə, saytı bağlamalı olacağam”-deyə Assanj bildirib.

Problemi açıqlayan Assanj bildirib ki, nəhəng ödəmə sistemləri sayta girişi bağlamaqla göndərilən ianələrin qəbulunda problem yaradıb. O, qeyd edib ki, ciddi şəkildə məşğul olduğundan əlavə maliyyə mənbələrini axtarmaq üçün vaxt tapa bilmir.

Bu ilin sonunda WikiLeaks-in hesablarını idarə edən fonddan elan edilmişdi ki,  saytın 2010-cu il üçün gəliri 1 milyon avro olub.  Bu pullar müxtəlif ölkələrdən olan ianələrdir.

Saytın pulunun əsas hissəsi kompüter avadanlığına, internetə və əməkdaşların ezamiyyə xərclərinə xərclənir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir