Modern.az

Dillər Universitetində hind mətbəxi nümayiş etdirlib

Dillər Universitetində hind mətbəxi nümayiş etdirlib

Mədəni̇yyət

11 Yanvar 2011, 17:53

Yanvarın 11-də Azərbaycan Dillər Universitetində (ADU) 10 yanvar Dünya Hindistanlıları gününə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Hindistanın Azərbaycandakı səfiri Debnat Şou, ADU-nun rektoru, millət vəkili Səməd Seyidov və digər rəsmi qonaqlar iştirak ediblər.
S.Seyidov Hindistanla Azərbaycan arasında olan dostluq münasibətlərindən danışıb. Deyib ki, Hindistan dünyanın yarısdır. “Qədim sivilizasiyaya malik olan Hindistan mədəniyyətinin Azərbaycanda tanınması bizim üçün çox vacib və əlamətdar hadisədir. Mən fəxr edirəm ki, indi Azərbaycan tələbələri dünyanın zəngin mədəniyyətə malik olan ölkəsinin dilini öyrənirlər”.
Rektor qeyd edib ki, Hindistanın bu gün qazandığı uğurların kökündə onun qədim mədəniyyəti dayanır.
"Artıq azərbaycanlı tələbələr də hind dilinə maraq göstərir və öyrənməyə can atırlar”.

Hİndistanın Azərbaycandakı səfəri Debnat Şou da öz növbəsində ikitərəfli əlaqələrdən danışaraq bildirib ki, Azərbaycanda hind dilinə maraq son zamanlar olduqca yüksəkdir.
“Bu gün ADU-da yaradılan bu şərait xoş və təqdirəlayiqdir. Biz bundan sonrada müxtləif istiqamətlərdə əməkdaşlığımızı davam etdirəcəyik”.

Tədbirdə ADU-nun tələbələrinin hazlırladığı hind rəqsi böyük maraqla qarşılanıb. Daha sonra 15 dəqiqəlik hind filmi nümayiş etdirilib. Mərasimdə hind mətbəxinin nümunələrindən ibarət süfrəd də açılıb.
ADU-da ilk hind dili konfransı 2010-cu ilin oktyabr ayında keçirilib. Dünyada isə ilk hind dili konfransı 1975-ci ildə Hindistanda təşkil olunub. İndiyədək cəmi 9 dəfə belə mötəbər festival
keçirilib.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar