Modern.az

Milli Məclis komitələrin tərkibini dəyişdirir

Milli Məclis komitələrin tərkibini dəyişdirir

11 May 2016, 10:02

Milli Məclisin mayın 17-ə keçirilən iclasın gündəliyinə 25 məsələ daxil edilib. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, iclasın gündəliyinə salınan ilk məsələ Milli Məclisin komitələrinin tərkibinin dəyişdirilməsi ilə bağlıdır.

“Bir sıra sazişlərin və sənədlərin təsdiqi, xeyli sayda qanunlara dəyişiklik nəzərdə tutulub. Prokurorluq, ədliyyə, fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında qanunlara, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Sanitar və epidemioloji sağlamlıq haqqında”, “Hesablama palatası haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, ”İcra məmurları haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların dövrüyyəsi haqqında” qanunlara, Cəzaların İcrası, Miqrasiya, Meşə, Cinayət, Əmək, İnzibati Xətalar məcələlərinə dəyişiklər nəzərdə tutulur. “Elm haqqında” qanun layihəsi isə ikinci oxunuşda müzakirəyə təqdim olunacaq”.

Aytən ZƏHRA

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır