Modern.az

Hindistan səfiri: “Azərbaycana yeni hind serialları gətiriləcək”

Hindistan səfiri: “Azərbaycana yeni hind serialları gətiriləcək”

12 Yanvar 2011, 11:17

Hindistan serialları Azərbaycana gətiriləcək. Bu barədə Hindistanın Azərbaycandakı səfiri Debnat Şou Modern.az-a açıqlamasında məlumat verib. O, bildirib ki, Azərbaycanla Hindistan arasında film sahəsində əməkdaşlıq əlaqələri bunda sonra da davam etdiriləcək. Səfir hind filmlərinin ölkəmizdə maraqla izləndiyini vurğulayıb.

Debnat Şou “azərbaycanlı tamaşaçıların hind seriallarına olan maraqları və istəkləri nəzərə alınaraq Hindistanda çəkilən seriallar Azərbaycana gətiriləcək” deyə qeyd edib.

Hindistan rəsmisi onu da əlavə edib ki, hind dilinin Azərbaycanda tədrisi onu sevindirir. “Mən hesab edirəm ki, yaxın illərdə Azərbaycanlı tamaşaçılar bizim filmlərimizi dublyaj olunmadan, sərbəst olaraq izləyə biləcəklər”.

D.Şou 2011-ci ildə Azərbaycanla Hindistan arasında görülməsi planlaşdırılan layihələrdən də danışıb. Hindistanla ölkəmiz arasında birbaşa aviareysin olmadığın bildirən səfir ümid edir ki, buna baxmayaraq iki ölkə arasında gediş-gəliş, ticarət əlaqələri yeni ildə də uğurla davam edəcək.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir