Modern.az

2011-ci ildə mobil internet istifadəçilərinin sayı 1 mlrd-dan çox olacaq

2011-ci ildə mobil internet istifadəçilərinin sayı 1 mlrd-dan çox olacaq

12 Yanvar 2011, 15:57

Məşhur “Ericsson” şirkəti mobil internet isifadəçiləri ilə bağlı maraqlı məlumat yayıb. Məlumatda göstərilir ki, 2010-cu ildə dünya üzrə mobil internetin imkanlarından istifadə edən insanların sayı yarım mlrd-dan çox olub. Cari ildə isə bu rəqəm iki dəfə artaraq 1 mlrd. təşkil edəcək. Genişzolaqlı mobil internet isrifadəçilərinin sayının sürətlə artmasının səbəbi smartfon, eləcə də Qlobal şəbəkəyə çıxışı olan noutbuk və planşetlərin populyarlığının artması, habelə mobil şəbəkələrdə məlumat ötürülmə sürətinin kəskin yüksəlməsidir.

Mobil intenetdən istifadə edən ölkərlərinin sayına görə, Asiya-Sakit okean regionu ölkələri liderdir. Bu ölkələrdə 400 milyondan çox insan bu xidmətdən istifadə edir.  İkinci və üçüncü yerlərdə isə Şimali Amerika və Qərbi Avropa ölkələri qərarlaşır. Həmin ölkələrdə isə statistik göstərici 200 milyondur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir