Modern.az

Sudan yanacaq düzəldirlər

Sudan yanacaq düzəldirlər

Dünya

12 Yanvar 2011, 17:57

Benzin istehsalı ucuzlaşa bilər

Kaliforniyanın Texnologiya Universitetində (California Institute of Technology) suyu yanacağa çevirməyin yolunu tapıblar. Bu məqsədlə alimlər təbii üzvü metal - serium oksidindən istifadə ediblər. Universitetdə professor Sossina Haylenin rəhbərliyi ilə çalışan tədqiqatçılar qrupu bu metaldan ucuz katalizator qismində istifadə ediblər. Nəticədə  çox asanlıqla suyu hidrogenə çevirmək mümkün olub.

Məşhur “Science” jurnalında dərc olunan yazıya görə, təbiətdə bol olan Serium metalının köməyilə alimlər suyun içindən oksigeni çıxarıb onu kifayət qədər sanbalı bir maye yanacağa çevirə biliblər. Bunun üçün sadəcə suyu katalizator metalın köməyilə 1600 dərəcə Selsiyə qədər qızdırıblar. Proses zamanı metalın özü parçalanmır və ondan yanacaq alınması üçün dəfələrlə təkrar istifadə oluna bilir.

Sossina Hayle deyib ki, bu proses tamamilə təhlükəsizldir və tam qanunidir: “Yer üzündə o qədər serium var ki, bu yolla biz benzin istehsalında inqilab da edə bilərik”.
Hələlik professorun komandası gündə 3 qallon yanacaq hazırlaya bilir. Alimlər belə hesab edirlər ki, bu kəşfin çox böyük perspektivi ola bilər.

Modern.az 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir