Modern.az

Əkrəm Əylisli: “Gündəmin mənimlə zəbt olunmasını istəmirəm”

Əkrəm Əylisli: “Gündəmin mənimlə zəbt olunmasını istəmirəm”

Ədəbi̇yyat

20 May 2016, 14:01

Yazıçı Əkrəm Əylisli barəsində açılan cinayət işi ilə alaqədar Azərbaycandan çıxa bilmir. Ona qoyulan qadağa hələ ki davam edir. Məsələ ilə bağlı Modern.az saytı yazıçıya müraciət edərək, cinayət işi ilə bağlı hansı yeniliyin olduğunu doruşub.

Yazıçı şikayətlənib: “Mən yazıçıyam, günün-güzəranın bu vaxtında gündəmin mənimlə zəbt olunmasını istəmirəm. Hələlik məhkəmə işində hər hansı yenilik yoxdur. Mən də sizin kimi gözləyirəm”.

O, həmçinin Prezidentə ünvanlandığı müraciətə cavab verilmədiyini qeyd edib.

Martın 30-da  yazıçı Əkrəm Əylisli Venesiyada keçirilən "Incroci Di Civilta” beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyəndə hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən Bakı hava limanında saxlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi açıqlamasına görə, Ə.Əylisli buraxılış məntəqəsindən keçərkən hüquq-mühafizə orqanı əməkdaşları ilə münaqişə yaratdığı üçün saxlanılıb. Ona  qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə cinayət işi açılıb.

Daha sonra bu maddə 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. Cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib. 

Yazıçı Ə.Əylisli baş verənlərlə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.


Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir