Modern.az

Yubileyini qeyd edən şair: “70 yaş qorxulu deyil” - MÜSAHİBƏ

Yubileyini qeyd edən şair: “70 yaş qorxulu deyil” - MÜSAHİBƏ

20 May 2016, 16:52

Bu gün xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlının 70 yaşı tamam olub. Modern.az saytı Sabir Rüstəmxanlı ilə ilə əlaqə saxlayaraq, 70 yaşla bağlı təəssüratlarını öyrənməyə çalışıb.

- Sabir bəy, öncə sizi yubiley münasibətilə təbrik edirik. Necə düşünürsünüz, 70 yaş həyatın hansı mərhələsidir?

- Hər halda məncə, insan ömrünün yaş mərhələsi ilə yanaşı, sağlamlıq ölçüsü də var. İnsan sağlamdırsa, 70 yaşında da tam iş qabiliyyətini qoruyub saxlayır və daha da səmərəli işləyir. Sağlamlıq olmadıqdan sonra 30 yaşında da 70 yaşındakı kimi görsənir. Ona görə də hər yaşın öz rəngləri, öz boyaları, öz maraqları, öz düşüncə tərzi var. Ancaq mən bu fərqləri hiss etmirəm, çünki biz görmək  istəklərimizin ölçüləri yaşayırıq, il ölçüləri ilə yox. Ona görə də 70 yaş gənclərin gözündə olduğu kimi, qorxulu bir yaş deyil və hələ həyatla vidalaşmaq fikri insanın heç yadına düşmür.50 yaş cavanlıq yaşıdır,70 yaş isə müdriklik yaşıdır. 70 yaş suların durulan, düşüncələrin durulan, hər şey haqqında özünə hesabat verilən, atdığın addımları dəfələrlə ölçüb-biçilən bir yaşdır. Gənclik illərində olduğu kimi, bütün risklərə, burulğanlara baş vurmadan bəzi şeyləri kənardan ölçüb-biçirsən.

- Geriyə baxdıqda nələri müşahidə etdiniz?

- Əgər bu gün 70 yaşında xalqla sənin aranda böyük bir etimad varsa, sənə sayğı göstərilirsə, sənə inanırlarsa, ölkə boyu və ölkədən kənarda böyük hörmət qazanmısansa, bu o deməkdir ki,  şübhəsiz qürur duyduğum məqamlar çoxdur. Bununla yanaşı, təəssüfləndiyim məqamlar da var. Amma o məqamlar keçib gedib, onları geri qaytarmaq olmaz. Mən heç nəyə təəssüflənmirəm. Bu yolu özüm seçmişəm. Təbii ki, sonluğu özümün seçmək şansım yoxdur, ancaq çox arzulardım  ki, sonluğu da özüm seçim.

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir