Modern.az

Xədicə İsmayıl azadlığa buraxıldı

Xədicə İsmayıl azadlığa buraxıldı

25 May 2016, 17:25

"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl azadlığa buraxılıb. Ali Məhkəmədə jurnalist barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu haqda Modern.az saytına vəkil Cavad Cavadov məlumat verib.

O qeyd edib ki, prosesdə Xədicə İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

“179.3.2,308.2 maddələrilə bəarət, 213.1,192.2.2 maddələri ilə 3 il şərti cəza verilib”.

X.İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir.  Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.  

İttihama görə, X.İsmayılova “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

X.İsmayıl barəsindəki hökmdən apellyasiya şikayəti vermişdi. Lakin məhkəmə şikayəti təmin etməmişdi. Bundan sonra hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi. 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır