Modern.az

Jurnalistlərin qarətinə görə Ramil Usubova müraciət olundu

Jurnalistlərin qarətinə görə Ramil Usubova müraciət olundu

Media

27 May 2016, 15:59

Azərbaycanın bir qrup jurnalisti daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb. Modern.az-ın məlumatına görə, müraciətə müxtəlif Kütləvi İnformasiya Vasitələrində çalışan 50-dən çox jurnalist qoşulub.

Müraciətdə bu il may ayının 17-də Azəri-Press Agentliyinin (APA) əməkdaşı Mübariz Aslanovun özünün, həyat yoldaşı və azyaşlı övladının evdə olmamasından istifadə edilərək kirayədə yaşadığı mənzilin tamamilə qarət edildiyi xatırladılıb, son 2 ildə 5-ci jurnalistə qarşı eyni halın baş verməsindən narahatlıq ifadə olunub.

Qeyd edilib ki, bu hadisəyə qədər bəzi jurnalistlərin yaşadıqları mənzillərin qarət olunması və həmin cinayətlərin heç birinin üstünün açılmaması KİV nümayəndələrini narahat edir. Belə ki, 15 may 2014-cü ildə “Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova, 2014-cü il avqustun 15-dən 16-na keçən gecə Modern.az saytının əməkdaşı Elmin Nurizadə, 2013-cü sentyabrın 21-dən 29-da qədər olan müddətdə APA TV-nin əməkdaşı Ülkər Qasımova, 2016-cı ilin yanvarın 19-da da “AzVision” saytının əməkdaşı Elvin Abdulqədirov və bu il may ayının 17-də Azəri-Press Agentliyinin (APA) əməkdaşı Mübariz Aslanovun yaşadıqları evlər qarət olunaraq onlara müxtəlif məbləğdə zərər vurulub.

Müraciətdə qeyd olunur ki, jurnalistlərə qarşı baş vermiş oğurluq hadisələrinin heç birinin üstü açılmayıb.

KİV nümayəndələri evləri qarət olunan jurnalistlərə vurulan zərərin onlar üçün ciddi önəm daşıdığını nəzərə alaraq, daxili işlər nazirindən məsələni şəxsi nəzarətinə götürməyini xahiş ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!