Modern.az

Yeniyetmə uşaqlar tanınmış hüquq müdafiəçisni öldürdülər

Yeniyetmə uşaqlar tanınmış hüquq müdafiəçisni öldürdülər

13 Yanvar 2011, 11:51

Meksikanın Sudad-Xuares şəhərində yeniyetmələr tanınmış hüquq müdafiəçisi və şairə Susana Çavesi öldürüblər. Modern.az Assoşeyted-Press-ə istinadən bildririr ki, 36 yaşlı qadının meyiti küçədə tapılıb. Cinayətkarlar qadını boğduqdan sonra əlini kəsiblər.

Şübhəli şəxs qismində üç yeniyetmə saxlanılıb. Bu yeniyetmələr “Xuares” narkokarteli üçün işləyən “Asetki” bandasının üzvl’ridir.

İstintaqa bəlli olub ki, Çaves yeniyetmələrlə dostluq münasibətlərində olub. Onlara qonaq gələn hüquq müdafiəçisi uşaqlara deyib ki, polisdə işləyir və dəstə barədə polisə məlumat verəcək. Bu sözlər ona həyatı bahasına başa gəlib. Yeniyetmələr Çavesi öldürməyə qərar veriblər.

Susanna Çaves qadın zorakılığına qarşı hərəkatın fəallarından olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir