Modern.az

ANS TV-yə yeni baş redaktor təyin edildi

ANS TV-yə yeni baş redaktor təyin edildi

Media

2 İyun 2016, 12:36

ANS Müstəqil Yayım və Media Şirkətində kadr dəyişikliyi baş verib. Belə ki, əvvəllər ANS-in əməkdaşı olmuş və “İç xəbər” proqramında aprıcılıq edən Fidan Quliyeva bir müddət sonra yenidən telekanala qayıdıb. O, ANS TV-nin baş redaktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Quliyeva ANS-dən ayrıldığı müddət ərzində Türkiyədə “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olaraq fəaliyyət göstərib.

“ANS” Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov Modern.az saytına açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, Fidan Quliyeva ANS-in yetirməsidir:

“Vakansiya var idi, biz də Fidanı işə götürdük. O, dünəndən etibarən vəzifəsinin icrasına başlayıb”.

“Çox şadıq ki, Fidan yenidən ANS-ə qayıdıb” - deyə, Mais Məmmədov əlavə edib.

ANS TV-nin bundan əvvəlki baş redaktoru Mir Şahin Ağayev olub.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi