Modern.az

Sabir Rüstəmxanlı “Ədəbiyyat qəzeti”ndən gileyləndi

Sabir Rüstəmxanlı “Ədəbiyyat qəzeti”ndən gileyləndi

2 İyun 2016, 14:20

Bu günlərdə 70 illik yubileyini qeyd edən Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin rəsmi orqanı olan “Ədəbiyyat qəzeti”nin biganəliyindən gileylənib.

“Mənə qalsa 70 yaşın üstündən səssizcə keçib gedərdim. Az yaş deyil ki! Nəyinə sevinəsən! Ancaq mümkün olmadı. Ay boyu bu münasibətlə Azərbaycan və Türkiyədə görüşlərə dəvət etdilər, dünyanın çeşidli yerlərindən çoxlu təbrik məktubu, teleqramlar aldım; mətbuat orqanlarında onlarla biri -birindən dəyərli məqalə dərc olundu”.

Modern.az-ın məlumatına görə, S.Rüstəmxanlı deyib ki, may ayının 25-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrında onun 70 illiyi ilə bağlı çox maraqlı bir tedbir keçiribŞ ancaq təbir mətbuatın diqqətindən kənarda qalıb.

“Teatra bir axın vardı. Salonda yer olmadığından yüzlərlə ınsan teatrın qarşısından geri qayıdası oldu” deyən şair tədbirdə yüksək səviyyəli qonaqların iştirak etdiyini bildirib.

“Təəssüf ki, o gecə haqqında yazılan məlumat səthidir. Hətta mənə doğma olan, redaksiya heyətinin üzvü olduğum "Ədəbiyyat qəzeti"ndə çıxışçıların adı çəkilməyib, çəkilənlərin adları da yanlış yazılıb. Qonaqlar bu tədbirdə iştiraklarının qeyd olunduğu ədəbi orqanla maraqlananda onlara qəzet verə bilmədim. Halbuki, gələnlər təsadüfi adamlar deyildilər və "Ədəbiyyat qəzeti" bu fürsəti dəyərləndirib onların hər biriylə ədəbi əlaqələrimiz barədə söhbətlər edə bilərdi. Ancaq qəzet başqa informasiya agentliyinin alayarımçıq məlumatını dərc etməklə işini bitmiş saydı”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər