Modern.az

“Almaniya erməni lobbisinin təkidi ilə ədalətsiz addım atdı”

“Almaniya erməni lobbisinin təkidi ilə ədalətsiz addım atdı”

2 İyun 2016, 15:14

Bu gün Almaniya Bundestaqında “erməni soyqırımı”nın tanınması ilə bağlı səsvermə keçirilib. 
Almaniya parlamenti qondarma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edilb.

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

Deputat deyib ki, Almaniyanın belə bir addım atması heç də yaxşı hal deyil. Rövşən Rzayev belə qənaətdədir ki, bu, Almaniyanın Türkiyə və Azərbaycanla münasibətlərinə ciddi təsir etməyəcək.

“Tarixi faktlara söykənməyən bir məsələni Almaniya parlamenti qəbul etdi. Düşünürəm ki, bu, heç də yaxşı bir şey deyil. Erməni lobbisinin təkidi ilə atılan ədalətsiz addımdır”.

Onun sözlərinə görə, qondarma “erməni soyqırımı” ilə bağlı layihənin qəbulu ciddi bir təsirə malik olmayacaq.

Deputat Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu məsələni daim diqqətdə saxlayacaqlarını da vurğulayıb.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır