Modern.az

Azərbaycan Atatürkçü Düşüncə Dərnəyi Şəhidlər Xiyabanında "bayraq məsələsi" ilə bağlı aksiya keçirdi

Azərbaycan Atatürkçü Düşüncə Dərnəyi Şəhidlər Xiyabanında "bayraq məsələsi" ilə bağlı aksiya keçirdi

Təhsil

27 Oktyabr 2009, 12:30

Bu gün Azərbaycan Atatürkçü Düşüncə Dərnəyi Şəhidlər Xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin abidəsi ətrafından Türkiyə bayraqlarınan yığışdırılmasına etiraz əlaməti olaraq aksiya keçiriblər.
Modern.az xəbər verir ki, aksiya iştirakçıları şəhid türk əsgərlərinin abidəsini ziyarət edərək onun üzərinə gül-çiçək dəstələri düzüblər.
Aksiya iştirakçılarının əllərində Azərbaycanın və Türkiyənin milli bayraqları, Mustafa Kamal Atatürkün şəkilləri olub.
Yeri gəlmişkən, tanınmış bayraqdar Elman Türkoğlu da aksiyada özünün hündür ağaclı bayraqlarını qaldırıb.
Aksiyaya polis müdaxiləsi olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!