Modern.az

Rus generalından ABŞ-a hədə: “Xəzərdə hərbi təlimlər qadağan edilməlidir”

Rus generalından ABŞ-a hədə: “Xəzərdə hərbi təlimlər qadağan edilməlidir”

13 Yanvar 2011, 16:24

Ordu generalı Rusiyanın rəhbərliyi və Cənubi Qafqaz dövlətlərinin iştirakı ilə vahid Qafqaz təhlükəsizlik sistemi yaradılmasını təklif edir

Rəsmi Moskva Qafqaz regionu ilə bağlı yeni strategiya planı işləyib hazırlamalıdır. Rusiya Dövlət Dumasının üzvü, müdafiə məsələləri üzrə komitənin keçmiş sədri, ordu generalı  Aleksandr Nikolayev bu barədə “Namokon” Strateji Araşdırmalar Mərkəzindəki çıxışında bildirib. “Böyük Qafqaz” adlanacaq bu planın kökündə Şimali Qafqazın inkişaf perspektivləri,  Azərbaycan, Ermənistan, Gürcüstanla əlaqələri gücləndirmək, eyni zamanda regionda nüfuzu olan İran, Türkiyə və digər ölkələrlə münasibətlərin uzunmüddətli inkişaf perspektivlərinə yönəlmiş siyasət durur.

Planın məğzinə Şimali və Cənubi Qafqaz anlayışları aradan götürülərək “Böyük Qafqaz” adı ilə yeni siyasi çevrə yaradılması daxildir. İdeyanın müəlliflərindən olan Aleksandr Nikolayev “Böyük Qafqaz” sözünə dövlətin siyasi strategiyasının bir sistemi kimi baxmağı vacib hesab edib.

“Böyük Qafqaz” siyasəti Rusiyanın Qara dəniz və Xəzər siyasəti ilə sıx şəkildə bağlı olduğunu deyən A.Nikolayevin sözlərinə görə, Xəzər və Qara dəniz arasında 20 milyon adam yaşayır və bu region özünün faydalı qazıntıları və əlverişli iqlim şəraiti ilə Avropa ilə Asiya arasında unikal gepolitik və strateji yer tutur.

“Təkcə Xəzərin nefti və qara kürüsünü sadalamaq kifayətdir. Bu və digər səbəbdən xeyli dövlətin maraqları bura yönəlib. Nəticə özü-özünə aydındır. Təbii ehtiyatların bol olduğu bu yerlərdə hərbi münaqişələr və müharibələr gec-tez alovlanır. Bu rayonların silahsızlaşdırılmasını həyata keçirmək lazımdır. Bu ən çox Xəzər dənizinə aiddir. Xəzərdə hərbi-dəniz qüvvələri və digər müasir hərbi təşkilatları ləğv etməli, dənizdə istənilən hərbi fəlaiyyəti, o cümlədən hərbi təlimlər qadağan edilməlidir. Burada yalnız sərhəd qüvvələri, balıqçılğı mühafizə idarələri, ekoloqlar və xilasedicilər qalmalıdır”-deyən general təklif edir ki, region dövlətlərinin iştirakı ilə vahid Qafqaz təhlükəsizlik sistemi yaradılmalı və bu zaman regiona dəxli olmayan dövlətlər kənarda saxlanmalıdır. Məhz bundan sonra Rusiya üçün təhlükə ola biləcək məsələlər eyni zamanda bütün region üçün təhlikə sayılacaq.

Generalın bu planında İrana da yer tapılıb. Nikolayev hesab edir ki, İran olmadan Qafqazın əsas təhlükəsizlik problemini həll etmək olmaz. Duma üzvünün fikrincə, Rusiya Ermənistanla effektiv münasibətləri sayəsində özünün Qara dəniz siyasətini uğurla həll edə bilər. Belə ki, İranla yaxşı əlaqələri sayəsində Rusiya özünün və Qafqazın təhlükəsizliyini möhkəmləndirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir