Modern.az

İTV əməkdaşı təkzib etdi

İTV əməkdaşı təkzib etdi

Media

6 İyun 2016, 22:16

 

Azərbaycan İctimai Televiziyasında əməkdaşların kütləvi şəkildə işdən çıxarılması ilə bağlı məlumata aydınlıq gətirilib. Bu barədə Modern.az saytına tele-jurnalist Mais Ağayev məlumat verib: “İTV-də ixtisarların olması və  konkret mənim ve tanınmıs tele-jurnalist Esmira Qasımovanin işdən çıxarılması doğru deyil. Biz işləyirik və hər gün işimizə gedib-gəlirik. Bu məlumati kim niyə yayib bilmirəm. Amma İTV rəhbərliyi hər zaman peşəkarlarla işləməyə üstünlük verib və bu mənada bizim işdən çıxarılmağımüz müzakirə mövzusu belə olmayıb”.

Qeyd edək ki, bu gün sosial şəbəkədə yayılan məlumata görə, Azərbaycan İctimai Televiziyasının informasiya Departamentinin direktoru Elgün İbrahimov, Türkiyədəki müxbirlər Rəhimə Mirzəyeva və Dilqəm Mirzəyev, Mərkəzi Asiya üzrə müxbirlər Füzuli Məcidli və Reyhan Məcidli, böyük redaktor Mais Ağayev, böyük redaktor Esmira Qasımova, müxbir Dilavər Seyidov, rus dilində verilişlərin aparıcısı Tamilla Şirinova, siyasi icmalçı Bəxtiyar Səlimov, müxbir Rauf Nəbiyev işdən azad edilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?