Modern.az

Tofiq Quliyevin bacısı vəfat edib

Tofiq Quliyevin bacısı vəfat edib

7 İyun 2016, 13:37

Azərbaycanın tanınmış bəstəkarı Tofiq Quliyevin bacısı, bir çox məşhurlara müəllimlik etmiş Simuzər Quliyeva vəfat edib. S.Quliyevanın qızı Rəna Hacınskaya Modern.az saytına xəbəri təsdiq edib. O, anasının bir neçə gün öncə vəfat etdiyini deyib:

“Simuzər xanım 20 il idi ki, insult keçirmişdi. Anam mənimlə birlikdə yaşayırdı. Çətinliklə də olsa, öz-özünü idarə edirdi. Amma son bir ildə yatağa düşmüşdü”.

R.Hacınskaya anasının Yasamal qəbiristanlığında dəfn edildiyini bildirib:

“Simuzər xanım Yasamalda ata və anasının yanında dəfn edilib”.

Qeyd edək ki, S.Quliyeva 1925-ci ildə dünyaya gəlib. O, Bülbül adına orta ixtisas məktəbini bitirib. 1928-1938-ci illərdə Uşaq Musiqi Məktəbinin 1-ci pilləsində Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Məmmədsaleh İsmayılov, Məmməd İsrafilzadə ilə birlikdə təhsil alıb.


Uzun müddət Konservatoriyada fortopianodan dərs deyən Simuzər Quliyeva Rauf Abdullayev, Vasif Adıgözəlov və digər tanınmış bəstəkarların müəllimi olub.

Allah rəhmət eləsin...


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı