Modern.az

“Bu sahədə sərt qanunvericiliyə ehtiyac var” - Deputatdan TƏKLİF

“Bu sahədə sərt qanunvericiliyə ehtiyac var” - Deputatdan TƏKLİF

7 İyun 2016, 15:10

 “Bu gün gənc nəslin siqaretlə bağlı çox ciddi problemləri var. Biz öz məsuliyyətimizi dərk edərək buna qarşı tədbirlər həyata keçirməliyik”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.

Komitə sədri qeyd edib ki, statistikaya görə Azərbaycanda əhalinin 40-60 faizi siqaret çəkir. “Əlbəttə bu rəqəmlər bizim üçün təssüfləndirici haldır. Gənclər arasında bu zərərli vərdişin yayılmasının, bəzən azyaşlı uşaqların siqaret çəkdiyinin şahidi oluruq. Düşünürəm ki,  bu sahədə sərt qanunvericiliyə ehtiyac var”.

Qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlərin olduğunu nəzərə çatdıran Fuad Muradov qeyd edib ki, bütün bunların bir araya toplanılaraq  siqaretin qadağası ilə bağlı ümumi bir qanunun qəbul edilməsinin tərəfdarıdır.

“Əlbəttə, burada kiminsə hüquq və azadlığının məhdudlaşdırılmasından söhbət getmir. Əksinə, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycana siqaretlə bağlı sərt qanunun olması insanların hüquqlarının qorunması, həmçinin bu zərərli vərdişin təbliğinin qarşısının alaınması üçün zəruridir. Bağçaların, məktəblərin, universitetlərin daxilində və həyətlərində, həmçinin turizm və iaşə obyektlərində siqaret çəkməyin qadağası və yüksək cərimələrin tətbiqi olmalıdır”.

Dünya praktikasında bəzi ölkələrdə hətta siqaretin çəkilməsi üçün az sayda yerlərin olduğunu diqqətə çatdıran Komitə sədri onu da əlavə edib ki, bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi daha əhəmiyyətlidir.

“Qanunvericiliklə yanaşı maarifləndirmə lazımdır. Daha çox televiziyalarda siqaret əleyhinə sosial reklamların çəkilərək verilməsi, həmçinin siqateri tərgitmək istəyənlər üçün tibbi və psixoloji mərkəzlərin yaradılması və genişləndirilməsi vacibdir. Həmçinin asudə vaxtın səmərəli təşkili, xüsusən də idman sahəsinə gənclərin yönləndirilməsi olmalıdır. Ölkəmizin demək olar ki, bütün bölgələrində idman kompleksləri var və fəaliyyət göstərir. Əvvəlcə ailədə valideyninlər, eyni zamanda gənclər təşkilatları, QHT-lər bu istiqamətdə daha fəal olmalı, gəncləri doğru yönləndirməlidirlər. Düşünürəm ki, kompleks şəkildə yanaşılsa bu problemin həlli istiqamətində müsbət irəliləyişlər əldə edə biləcəyik”.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər