Modern.az

“Banklar dollar kreditləri məsələsində vətəndaşa güzəşt etməlidir” - MÜSAHİBƏ

“Banklar dollar kreditləri məsələsində vətəndaşa güzəşt etməlidir” - MÜSAHİBƏ

8 İyun 2016, 12:15

Parlamentin yeni deputatlarından olan Tahir Mirkişilinin 39 yaşı tamam olub. O, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilib.

Tahir Mirkişili ABŞ-ın Stanford Universitetində İKT İqtisadiyyatının idarəedilməsi üxrə ixtisaslaşmış proqramının məzunudur.

Moden.az saytı Tahir Mirkişili ilə müsahibəni təqdim edir.

- Tahir müəllim, 39 yaşınızı qeyd edirsiniz. 40-a az qalır...

- İnsan hər bir yaşda öz işlərini vicdanla və qarşısına qoyduğu vəzifələri çalışaraq, yerinə yetirməlidir. Hər bir yaşın öz enerjisi, çalışqanlıq ruhu var. 39 yaş insanın daha çox yaratmaq, çalışmaq, işləmək, qarşıya qoyulan məqsədləri yerinə yetirmək üçün ən ideal yaş hədlərindən biridir. Özümü çox yaxşı, gümrah hiss edirəm. Həm ölkə rəhbərliyi və həm də Yeni Azərbaycan Partiyası tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hər zaman hazırıq.

- Deputatlığa namizəd olmaq təşəbbüsü hardan qaynaqlandı?

- Mən YAP-ın rəsmi təsdiq olunmuş siyahısı ilə parlament seçkilərinə qatıldım. Bizim hansı dairədən deputat seçilməyimizlə bağlı qərarı partiyanın İdarə Heyəti verir. İdarə Heyətinin qərarı ilə mən 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən namizədliyimi irəli sürdüm və seçkilərdə qalib gəldim.

- Deputat olmazdan öncə iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışmışınız. Sizin üçün məmur olmaq asandır, yoxsa deputatlıq?

- İcra və qanunverici orqanlar hakmiyyətin başqa-başqa qollarıdır. Əgər hakimiyyətin bir qolu qanunların qəbul edilməsi ilə məşğuldursa, digər qolu qanunların düzgün, daha tez və ədalətli icra olunmasını təmin edir. Hesab edirəm ki, hakimiyyətin hər iki qolu çox maraqlıdır və ona görə də təmsil olunmaq da maraqlı olduğu qədər çalışqanlıqı tələb edir. İcra orqanlarında daha çox icra intizamı, ciddilik, vəzifə və tapşırıqların düzgün və vaxtında müəyyən edilməsi, yerinə yetirilməsi əsas istiqamətlərdir. Qanunverici orqanda isə daha çox işləyə biləcək qanunların qəbul edilməsinə nail olmalıyıq. İstənilən halda hansı vəzifədə çalışırsan çalış, ilk növbədə vicdanlı və ədalətli olmalısan.

 - Seçicilərinizlə görüşlərdə daha çox hansı problemlərlə bağlı sizə müraciətlər edilib?

 - Seçicilərimlə həm Milli Məclisdə, həm də Sumqayıt şəhərindəki YAP-ın qərargahında ayda 1 dəfə müntəzəm görüşlər keçiririk. Mən həm də sosial şəbəkə vasitəsilə də seçicilərimlə əlaqə saxlayıram. Problemlərin bir çoxlarını həll etməyə çalışırıq. Həll etdiyimiz və həll edə bilmədiyimiz məsələlər də var. Bizə aid olmayan problemləri müvafiq qurumlara yönəldirik. Son vaxtlar bizə daxil olan müraciətlər daha çox işsizliklə bağlıdır. İcra orqanlarına göndərilən müraciətlərə gec cavab almaqla və yaxud heç cavab almamaqla bağlı şikayətlər var.

 

- Sosial şəbəkədə fəal olan deputatlardan sayılırsınız. Sizcə 21-ci əsrin azərbaycanlı deputatı necə olmalıdır?

- Əsl deputat və millət vəkili təmsil olunduğu dairədəki insanların problemlərini parlamentin kürsüsünə qədər gətirib çıxarmağı bacarmalı, onların sözlərini müvafiq orqanlara çatdırmalıdır.

Millət vəkili seçildiyi dairəsindən fərqli tərzdə ola bilməz. Əsl deputat seçicilərinin problemlərini qanunverici orqana daşımaq və bunları sənədlərdə, qanunlarda əks etdirmək üçün seçilmiş şəxsdir.

Millət vəkili öz fəaliyyətini bu formada qurarsa, onun təklifləri, görüşləri insanların gələcəyə olan ümidlərini daha da artıra və motivasiya edə bilər. Mən şəxsən müasir Azərbaycan deputatını bu cür görürəm.

Tarixi və siyasi şəraitdən asılı olaraq millət vəkillərinin fəaliyyəti hər zaman dəyişə bilir. 50 il budan qabaqkı deputatlarla indi deputatlar qarşısında duran məsələlər eyni deyil. 50 il budan sonrakı deputatlar da yəqin ki, eyni olmayacaq. Bunlar da cəmiyyətin etdiyi çağırışlardan irəli gəlir. Buna görə də bəzən millət vəkilləri həm qanunverici, həm də icra orqanları ilə birləşib cəmiyyətin çağırışlarına uyğun olaraq problemlərin həllinə çalışmalıdır.

- Bir iqtisadçı kimi necə düşünürsünüz, Azərbaycancanda hansı iqtisadi qanunların qəbul edilməsi bu gün üçün zəruridir?

- Azərbaycan hazırda iqtisadi islahatar dövrü yaşayır. Bu gün iqtisadiyyatımızın yenidən qurulması, strukturların daha çevikləşməsi üçün imkanlara malikik. Son 3-4 ayda ölkə prezidentinin təəbbüsü ilə iqtisadi sahədə atılan mütərəqqi addımlar öz töfhəsini verməkdədir. Bu da özünü daha çox xarici investisiyaların ölkəyə daxil olmasını, mütərəqqi texnologiya xə innovasiyaların tətbiqində göstərir. Mənim aldığım təhsil iqtisadiyyat və texnologiya ilə bağlı olduğu üçün Milli Məclisdə iqtisadi qanunvericilik aktlarının hər birində yeni inovasiyya və texnologiyaların iqtisadi sahəyə tətbiqi üçün ehtiyac olduğu zaman təşəbbüslərimi irəli sürürəm. Yaxın 1 il ərzində bizim İqtisadiyyat komitəsinin müzakirə edəcəyimiz mühüm məsələləri olacaq. Bunlar alternativ enerji, kiber təhlükəsizlik, elektron ticarətin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə edəcək. Ən vacibi isə Azərbaycanda yeni elektron avtomobil sənayesinin təkmilləşdirilməsi olacaq.

- Tahir müəllim, dollarla verilən və daha sonra bəlli devalvasiyalar nəticəsində ödənilməsi müşkülə çevrilmiş dollar kreditləri vətəndaşları narahat edir. Bu kreditlərin əvvəlki kursla ödənilməsini gərəkli və mümkün hesab edirsinizmi?

 - Bu məsələ dəfələrlə parlamentin iclaslarında çox ciddi müzakirələrə səbəb olub. Bizim ümumi fikrimiz odur ki, vətəndaşlara dollar kreditlərinin geri ödənilməsi ilə bağlı ilk güzəşti banklar etməlidir. Amma bu məsələ də həl də fərqli fikirlıər də mövcduddur. Mən də hesab edirəm ki, ilk güzəşti məhz vaxtilə vətəndaşlara kreditləri dollarla verən banklar etməlidir.

Kreditlərin asanlaşdırılması, vaxtında banklara geri ödənilməsi ilk növbədə banklarn özlərinin maraq dairələrində olmalıdır. Əgər banklar tərəfindən ilkin təşəbbüs gəlməsə, bu, dollarla kreditlərin geri qaytarılmasında, yığımında daha dərin problemlərə gətirib çıxaracaq. İkinci güzəşt addımı isə təbii ki, dövlət büdcəsi hesabına, hökumətin dəstəyi ilə edilə bilər. Düşünürəm ki, qısa müddət ərzində dollarla olan kredit probleminin aradan qaldırılması üçün konkret addımlar atılacaq.

- Banklar maliyyə baxımından dollarla olan kreditlərə görə vətəndaşlara güzəşt etmək iqtidarındadırmı?

- Hesablamalara görə, dollarla olan problemli kreditlərin ödənilməsi üçün o qədər də böyük məbləğ  tələb olunmur. Əgər ölkədəki bankların sayını nəzərə alaraq dollarla olan problemli kreditlərin məbləğini onlar arasında bölsək, görərik ki, həqiqətən də banklara çox da maliyyə yükü düşmür. Sadəcə bu gün banklar bu məsələdə iradə nümayiş etdirməli və qəti addımlar atmalıdırlar.

Əks halda, hər gün ödənişlər olmadıqca, faiz məbləğləri daha da artacaq, problemlər böyüyərək yekunda bankların özlərinə zərər vuyaracaq. Əslində devalvasiyalardan və dollarla olan problemli kreditlərin yaranmasından sonra banklar o qədər də qazanc əldə edə bilməyiblər. Əgər bankların dəstəyi ilə bu problem tez bir zamanda həllini tapa bilsə, burada yenə də ən çox qazanan tərəfə bankların özləri olacaq. Bu kimi gedişlər iqtisadi böhranlar zamanı bütün dünyada tətbiq edilən praktikadır. Yəni belə çətin məqamlarda iri şirkətlər, banklar öz bazarlarını genişləmdirmək, əvvəlki müştərilərini bərpa etmək üçün bəlli zamana qədər güzəştlər tərtbiq edirlər.

- Siz həm də Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvüsünüz. ATƏT PA-nın iyulda Tiflisdə baş tutacaq toplantısında qaldıracağınız əsas məsələlər hansılar olacaq?

- ATƏT PA-da Azərbaycandan olan nümayəndələr iyulda Tiflisdə baş tutacaq toplantıya hazırlaşır. Bu sammitin keçirilmə vaxtı ilə ATƏT Parlamentinə psədr seçkiləri eyni vaxta təsadüf edir. Amma buna baxmayaraq, bizim nümayəndə heyəti Dağlıq Qarabağ ətrafında ermənilərin törətdiyi təxribatlar, təmas xəttində atəşkəsi pozması, zorakılıq halları, bizə qarşı istifadə etdikləri fosfor bombaları, “Metsamor” AES-in region və Azərbaycan üçün nə qədər ziyanlı olması haqqında geniş məruzə ilə çıxış edəcək.

Sonuncu dəfə mənim də qatıldığım və Almaniyada baş tutan ATƏT-in seminarında qaldırdığımız mühüm məsələlər ATƏT nümayəndələrinin kifayət qədər marağına səbəb oldu, məmnunluqla bizə öz dəstəklərini nümayiş etdirdilər.

Görüş zamanı müzakirə etdiyimiz məsələlərdə ortaya real faktlar, məntiqi yanaşma qoymağımız bizim nümayəndə heyətimizin erməni nümayəndə heyətindən üstün olduğunu bir daha sübut etdi. Bizim verdiyimiz suallara ermənilər heç bir məntiqli və əsaslı cavablar tapıb tapa bilmirdilər.

Təbii ki, iyul ayında ATƏT PA-nın Tilflisdəki sessiyasında Almaniya Bundestaqının “erməni soyqrımı”nın tanınması haqqında qətnaməsinə də öz tənqidi və qınayıcı münasibətimizi bildirəcəyik.

Çünki Almaniya parlamentində qəbul edilən bu qətnamə yersiz, məntiqsiz və heç bir əsası olmayan sənəddir. Bu cür tarixi hadisələrə siyasətçilər, deputatlar tərəfindən deyil, tarixçilər tərəfindən qiymət verilməlidir.

“Erməni soyqrımı” haqqında Almaniya parlamentində qətnamə qəbul edilən zaman mən də Almaniyada idim. Orada məlum oldu ki, qətnaməyə səs verən deputatların heç biri bu tarixi hadisə haqqında məlumatlı deyillər. Bir daha sübut olunur ki, qəbul edilən əsassız qətnamə sırf siyasi maraqlara xidmət edən bir addımdır.

Hətta alman deputatlar da gözəl bilirlər ki, 1915-ci ildə ermənilər bölgədən köçürülən zaman Türkiyə ordusunun baş komandanları məhz alman zabitləri idi. Bu qərarı da almanlar özləri vermişdilər. Biz də Azərbaycan olaraq bu qətnaməni birmənalı şəkildə qınayırıq. Bölgənin taleyini bu gün Azərbaycanla Türkiyə arasındakı enerji və iqtisadi sahədə olan layihələr həll edir. Bu da Avropa üçün birmənalı şəkildə mühüm olan məsələdir.

Avropa təzyiq metodu yox, əməkdaşlıq metodunu seçsə, daha yaxşı olar. Biz bu sözləri Almaniyada onlara çatdırdıq və Tiflisdə də çatdıracağıq.

 

Ağa AKİFOĞLU


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?